Həkimlərin xətti niyə oxunmazdır: ekspert-qrafoloq izah edir

Həkimlərin xətti niyə oxunmazdır: ekspert-qrafoloq izah edirhəkimlərin cızma-qara xətti artıq əfsanəyə çevrilib. Bilənlər deyir ki, bu təkcə bizim həkimlərin problemi deyil. Dünyada bütün həkimlər oxunmaz xətt ilə yazır və bununla barışmaq lazım gəlir.
Gümanlar çoxdur, biz isə alimlərin fikrini təqdim edirik. Məlum olmuşdur ki, həkim xəttinin tam elmi izahı var. Bəziləri hesab edir ki, həkimlər bilərəkdən belə yazır. Guya, bu bir növ həkim sirrini qoruyan gizli koddur. Lakin burada həkim əlbirliyi yoxdur və oxunmaz yazı tərzi bir sıra müxtəlif səbəblərlə bağlıdır.
Problemin kökü
Milli.Az "Ailə Həkimi"nə istinadən bildirir ki, bir həkimin xəttini yalnız başqa həkim ya əczaçı anlaya bilər. Təəssüf ki, bu həmişə belə olmur və yazılışın səhv oxunması baha başa gəlir. Statistikaya görə, ABŞ-da hər il həkimlərin xətti ucbatından təxminən 7000-ə yaxın pasiyent ölür. Nəzərə alın ki, bu ölkədə sənədləşmənin böyük qismi rəqəmsal şəkildə aparılır. Həkimlərin nə üçün bu cür yazmasını xətt üzrə ekspert, qrafoloq və psixoloq Viktoriya Kosoqova təhlil edir. Hər şey hələ tibb institutunda başlayır. Tibb tələbəsi hər gün böyük həcmdə informasiya mənimsəməli olur, üstəlik onu konspektləşdirir də. Tez yazmaq zərurəti tələbələrin xəttini korlayır. Tədris prosesində mediklər qavrama sürətini və məlumatı təhlil etmək bacarığını inkişaf etdirir. Onlar ayrı-ayrı simptomlardan klinik təsvir mozaikasını qurmaq kimi vacib qabiliyyətə yiyələnirlər. Qəribə də olsa, bunun əvəzini onlar korlanan və sxematik olan xəttləri ilə verirlər.
İş xətti korlayır
Həkim praktikası başlamaqla vəziyyət dərinləşir. Həkim peşəkar intuisiya qazanır. Qrafoloqlar deyir ki, bu keyfiyyət həkimin xəttinə sapaoxşarlıq əlavə edir. Yazılmış ifadənin çevrildiyi bəzən kəsilən dalğalı xəttlər yazılış tərzini daha amorf edir. Sonra bir çox həkimlərdə pasiyentlərdən emosional uzaqlaşma mərhələsi başlayır. Xoşbəxtlikdən, bu həmişə belə olmur. Bu vəziyyətdə həkim pasiyentin xəstəliyinə görə yaşadığı hisslərə laqeyd qalır. Doktor bununla soyuqqanlığı qoruyur, pasiyentləri isə bu yanaşma qorxudur. Uşaqlar həkim laqeydliyinə qarşı xüsusilə həssasdır. Onlar üçün xəstəxanaya getmək artıq böyük stresdir, buna görə onların mənəvi dəstəyə ehtiyacları olur.
Emosional yükün itirilməsi də yazılış tərzinə təsir göstərir. Belə ki, bir çox hərflərin bəndləri və burumları yerləşən orta xətt zonası korlanır və xətt kardioqram əyrisini xatırladır. Əsəbilik, yorğunluq, səbirsizlik xəttin keyfiyyətinə əlavə təsir göstərir, kəskin cizgilər və ya çoxlu bucaqlı elementlər kimi "tullanışlar" əmələ gəlir. Şübhəsiz ki, çox yazmaq məcburiyyəti də xətti korlayır. Qrafoloq hesab edir ki, ən problemli xətt terapevtlərin, cərrahların və ortopedlərin xəttidir.
Alimlər müxtəlif peşə sahiblərinin xəttini həkimlərin xətti ilə müqayisə etmiş və maraqlı nəticə ortaya çıxarmışlar. Eksperimentin şəffaflığı üçün peşəsi ilə bağlı olmayan şəxsi yazışma nümunələri təhlil olunmuşdur. Qəribə də olsa, işdən kənar həkimin, sürücünün və mühəndisin xəttləri az fərqlənirdi.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1059   Tarix: 13 noyabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi gelinlikler yaz geyimleri 2026 qadindunyasi.az valideynlərə məsləhət xəyanət dondurma kosmetika irem derici dostluq kahfe falı qadin.az zəhmət