Hələ də belə yatırsınızsa, utanmayın! - Faydası var imiş
Oyuncaqlara sarılaraq yatmaq faydalı imiş.
Milli.Az xəbər verir ki, mütəxəssislər aparılan araşdırmalar nəticəsində bu qənaətə gəliblər.
Mütəxəssislər uşaq kimi oyuncaqlara sarılıb yatmağın böyüklər üzərində də çoxsaylı psixoloji faydaları olduğunu bildirirlər. Pennsylvaniya Universitetinin klinik psixologiya üzrə mütəxəssisi Max Genecov uşaqlıqdan qalma oyuncaqla yatmağın insanlara rahatlıq və təhlükəsizlik hissi verdiyini qeyd edib. O bildirib ki, oyuncaqla yatmaq travma müalicəsində də istifadə olunur.
Çikaqoda aparılan araşdırmalara görə COVID-19 pandemiyası dövründə oyuncaq satışları artıb. 2024-cü ildə oyuncaqların 21%-i 18 yaşdan yuxarı böyüklərə satılıb. Həmçinin, anket nəticələrinə görə, insanların yarıdan çoxu uşaqlıqda sahib olduqları oyuncaqları ilə yatır.
Psixoloq Dr. Jade Wu oyuncaqlara sarılmağın insanlara rahatlıq və dinclik verdiyini, böyüklərin də bundan faydalana biləcəyini qeyd edib. Dr. Jessica Lamar isə travma keçirən şəxslərin oyuncaq vasitəsilə uşaqlıqda əskik hiss etdikləri sevgi və rahatlığı yenidən tapmalarının mümkün olduğunu bildirib.
Oyuncaqlar təkcə travma yaşayanlar üçün deyil, ümumilikdə hər kəs üçün faydalıdır. Dr. Barbara Greenberg oyuncaqlardan istifadənin stresslə mübarizədə sağlam üsul olduğunu vurğulayıb. Mütəxəssislər oyuncaqların insanlara psixoloji dəstək vermək, stressi azaltmaq və yuxuya keçişi asanlaşdırmaq funksiyası daşıdığını bildirirlər.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi