Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
Yay aylarında bazarlarda bolluqla rast gəlinən nektarin təkcə dadı ilə deyil, sağlamlığa faydaları ilə də seçilir. Şaftalıya bənzərliyi ilə tanınan bu meyvə hamar qabığı və ətirli dadı ilə fərqlənir.
Milli.Az bildirir ki, nektarin C vitamini, A vitamini, lif və antioksidantlarla zəngindir. Bu xüsusiyyətləri sayəsində immun sistemini gücləndirir, həzm prosesini tənzimləyir və dərini qidalandırır. Eyni zamanda azkalorili olması səbəbindən pəhriz saxlayanlar üçün də uyğun meyvə hesab olunur.
Nektarin tərkibindəki kalium ürək-damar sistemi üçün faydalıdır, təzyiqin stabilləşməsinə kömək edir. Gündəlik qidalanmaya əlavə edilən bu meyvə həm təzə halda, həm də salat və desertlərdə istifadə oluna bilər.
Qeyd edək ki, nektarin Aİ ölkələri, Türkiyə, Gürcüstan və Azərbaycan daxil olmaqla bir çox bölgədə yetişdirilir və ixrac potensialına malikdir. Yay aylarında satışa çıxarılan bu meyvəyə tələbat hər il artır.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi