Həmin şiferlər sağlamlığa ziyan imiş, qadağan olunacaq - Azərbaycanda geniş yayılıb

Həmin şiferlər sağlamlığa ziyan imiş, qadağan olunacaq - Azərbaycanda geniş yayılıbXəbər verdiyimiz kimi, Azərbaycanda asbestin istifadəsinin qadağan edilməsi nəzərdə tutulur. "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklik təklif edilib. Dəyişikliyə əsasən, asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək. Qanun qəbul ediləcəyi təqdirdə, 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, tərkibində asbest olan materiallar arasında isə ən çox yayılanı dam örtükləridir (şifer). Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib.
Terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, asbestin qadağan olunması tibbi baxımdan son dərəcə düzgün və vacib qərardır. Asbest insan sağlamlığı üçün ciddi təhlükə yaradır:
"Asbest lifləri olduqca xırda və iti quruluşa malikdir. Bu liflər tənəffüs yolları vasitəsilə ağciyərlərə daxil olur və orada qalaraq orqanizmdən xaric olmur. Nəticədə toxumalar zədələnir, xroniki və qalıcı iltihab prosesi yaranır".
Terapevt qeyd edib ki, bu proses illərlə davam edir və özünü daha sonra ağır fəsadlarla büruzə verir:
"Asbest xüsusilə ağciyər xərçəngi və mezotelioma kimi son dərəcə təhlükəli onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər".
Nəzərə çatdırıb ki, asbest asbestoza, xroniki bronxit və astmaya bənzər tənəffüs problemlərinə, plevra xəstəliyinə səbəb olur. Vurğulayıb ki, bu xəstəliklər dərhal üzə çıxmır:
"Asbestlə təmasdan sonra simptomlar 10-30 il ərzində meydana çıxa bilər. İnsan bu müddət ərzində özünü tamamilə sağlam hiss etsə də, proses səssiz şəkildə inkişaf edir".
Terapevt xüsusilə hamilə qadınların risk qrupunda olduğunu qeyd edib:
"Asbest ana bətnində olan döl üçün ciddi risk faktorudur. Hamiləlik dövründə ağır fəsadlara səbəb ola bilər. Uşaqlarda isə ağciyərlərin inkişafında ciddi pozğunluqlar yaradır və immun sisteminin zəifləməsinə gətirib çıxarır".
O bildirib ki, məhz bu risklərə görə bir çox ölkələrdə asbestin istifadəsi tamamilə qadağan olunub və artıq təhlükəsiz alternativ materiallardan istifadə edilir.
Sonda Günay Lətifova vətəndaşları sağlamlıqları üçün təhlükə yaradan bu cür maddələrdən uzaq durmağa çağıraraq, profilaktik tədbirlərə ciddi şəkildə əməl etməyin vacibliyini vurğulayıb.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1187   Tarix: 25 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

kosmetika mehsullari sade makiyaj sekilleri reseptler dil haqqında aforizmlər tük tökən peçenye reseptləri 2026 payiz geyimleri kosmetika novruz bayramına aid hakıştalar qiz adlari penis hakışdalar qoğalın nağlı