"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ

" TƏK ARZUMUZ, İSTƏYİMİZ EMİNİMƏ MİLLİ QƏHRƏMAN ADI VERİLSİN"

Qapılarından üçrəngli Azərbaycan bayrağı asılmışdı. İçəri daxil olduqda isə...Şəhid yaxını olmaq bəlkə də daha ağırdır, amma bu ağrı Vətən ağrısıdır...Hamımıza ağırdır. Bu ailədə Vətən kəlməsi çəkiləndə hamı bir ah çəkir...

Artıq BiG.AZ əməkdaşları şəhid olan kəşfiyyatçı Emin Bağırovun evindədir. Hazırladığımız reportajı təqdim edirik:

"Aprelin 2-si zəng vurdu ki, məndən nigaran qalmayın. Müharibə var, amma biz yaxşıyıq, öz torpaqlarımıza doğru xeyli məsafə irəliləmişik. Ata, sən də fikir eləmə.Yaxşıyam, heç burnumun ucu da qanamayıb...".

Şəhid Emin Bağırovun nənəsi ağlaya-ağlaya sözünə belə davam edir:

"Ön cəbhəyə könüllü gedib, deyib ki, mənim iki qardaşım var, mən olaram onların şəhid qardaşı... Evimizə gələn hərbçilər danışır ki, Emin düşmənə gülləni yerə uzanıb "zalım ermənilərə sizə lənət olsun" deyərək qışqıra-qışqıra atırdı. Mənə dedilər ki, nənə ağlama, sənin nəvən 1 əsgərimizin yerinə 10 erməni öldürürdü. Nəvən ilə fəxr et, dedilər mənə. (ağlayır-red)
"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ"Əsgərlər danışır ki, hələ qərar verirdik ki, kimsə təpənin başına çıxsın. Bir də gördük ki, Emin yoxdu, təpənin başındadır. Emin kürəyində yaralı komandiri ilə geri qayıdıb. Amma geri qayıdanda ...Ermənilər partlayış törədib və uşağımızın boğazından, ürəyindən qəlpələr...Kaş ona dəyən qəlpələr mənə dəyərdi ay bala. İdmançı idi balam. Komandirlərinə deyib ki, məni döyüşə aparın. Bütün silahlarınızı təmizləyərəm orada, təki məni döyüşə aparın. Balamı görməmək mənə çox ağırdır, dözə bilmirəm ay Allah...".

"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJOrtalığa sükut çökür. Eminin anası Sədaqət Bağırova içəri daxil olur. Oğlu şəhid olduğu gündən qara geyinən, şəkər xəstəliyinə tutulan ana bizi görəndə gözləri dolur:

"Həmişə məni qucaqlayıb deyirdi ki, ana, sən şəhid anası olacaqsan. Deyirdim bala mənə elə dağ qoyma. Sənsiz necə yaşayaram. Deyirdim Emin anan qurban gördün müharibədir, sən arxa cəbhədə qal. Deyirdi ki, ana sən nə danışırsan. Mənim üçün ağlama. (ağlayır-red)

"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJDeyirdim, uşaqdır da, söz gəlişi deyir. Qardaşım qızlarına isə deyibmiş ki, dua edin, mən şəhid olum. Deyirdi, ay ana, mən getməyim, başqası getməsin, bəs kim qorusun bu Vətəni, sizi ? Allah haqqı səsi hələ də qulağımdadır. Oğlum bizi qorudu sözünə əməl etdi, amma olmur, bu dərdə dözmək olmur. Bir təsəllim var, şəhid olmaq öz arzusu idi, öz arzusuna çatıb". Şəhid olandan sonra əmisinin yuxusuna gəlib deyib ki, mən ölməmişəm. Deyib ki, mən ölməmişəm, sağam, nəyə ağlayırsınız? Balam düşmən gülləsinə rast gəldi...(red-ağlayır)"
"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJAğbirçək Xanımzadə nənə Sədaqət xanıma ürək-dirək durur:

"Ağlasın, qoy ağlasın, o da ağlamayacaq kim ağlayacaq? Qoyun ürəyini boşaltsın. Yoxsa bu ürək dözə bilməz, partlayar. Əsgərliyə gedəndə dedim ki, Emin qurban olum sənə nigaranam səndən. Dedi ki, nənə, narahat olma Lənkəranda hərbi xidmətimi edəcəm. Onu Lənkərandan Biləsuvara, Biləsuvardan da Xızıya aparmışdılar. Axırıncı dəfə də oradan Cəlilabada gediblər. Amma ayın 1-i gəlməliydi. Biz də hazırlıq görmüşdük ki, uşağımız gəlir. Ayın 2-i zəng vurdu ki, bəs nigaran qalmayın. Müharibə var, amma yaxşıyıq, öz torpaqlarımıza doğru xeyli irəliləmişik. Atasına dedi ki, ata fikir eləmə. Yaxşıyam, heç burnum da qanamayıb. Sən demə bizi sakitləşdirirmiş. Təhlükənin olduğunu bizdən gizlədirmiş. Uşaqlıqdan sözübütöv idi nənəsi qurban olsun ona... Həmişə bizi düşünürdü. Emin evin kiçik oğlu idi, amma ailənin bütün yükünü öz çiyinlərində daşımağa hazır idi. Atasına deyirdi ki, ata fikir eləmə, gələndən sonra köməkləşərik qardaşlarımı evləndirərik. Atasına kömək olsun deyə banklardan kredit pul da götürmüşdü. Hələ də banklara 12 min borcumuz var. 20 yaşı olmasına baxmayaraq, Emin çox ailəcanlı idi. Atası ilə doğum günləri də eyni idi...".

Günlərdir Kİ, gizli ağlayan ata İmran Bağırov titrək səslə...

"Mən atayam, hiss edirdim oğluma nəsə olub. Axırıncı dəfə danışanda dedim ki, gəlirəm yanına. Dedi ki, ata gəlmə, sən əziyyət çəkmə. Həm gəlsən də faydası olmayacaq, izimi tapa bilməyəcəksən. Sonra da şəhid xəbəri gəldi..."
"Emin əsgər yoldaşları ilə Lələtəpəni keçib, Talış yüksəkliyini alıblar"

"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJGözyaşlarına boğulan ata, qara paltarlı ana və durmadan ah çəkən nənəni gördükcə ürəyimiz qubar edirdi. Torpaq uğrunda ölən olanda Vətən olur, Emin də bu torpaqlar, Vətən üçün ölmüşdü, şəhid olmuşdu. Bu evdə Vətən kəlamı gələndə hamı bir ah çəkirdi. İçərimizdəki bu ah-naləni bir az da olsun sakitləşdirmək üçün Eminin dayısı Oqtay İslamovla söhbətləşirik:

"Emin çox vətənpərvər idi. Üzr istəyirəm ifadəmə görə, kiçik toyunda əsgər marşı çalınırdı. Emin balaca əsgər kimi addımlamağa başladı, Vətən eşqi uşaqlıqdan onun qanına-canına necə hopmuşdusa... Uşaqlıqdan Vətən sevgisi onu yandırıb- yaxırdı. Əsgər gedəndə atasına deyirdi ki, ata fikir eləmə, gəlib sənə kömək edəcəyəm. Atası 3 oğul böyüdürdü, əlbəttə asan iş deyil. Emin atasına kömək olsun deyə banklardan pul götürmüşdü. Borcu var banklara. 12 mindən çox. İndi dövlət səviyyəsində bağışlanacaq bilmirik. Bağışlanmasa da görək nə edirik. Hərbi xidmətdə olanda xəstələnmişdi. Müalicə üçün evə gətirmişdik. Qızdırmadan yanırdı. İynələr vurdurduq. Dedim ki, Emin atam, xəstəsən, gedək xəstəxanaya, əməlli-başlı müalicə al. Mənə qulaq asmadı, bizdən gizlin 40 dərəcə qızdırma ilə gecə ilə qaçdı hərbi xidmətə... Lələtəpədən şəkillər çəkib göndərmişdi bizə. Sən demə, Lələtəpəni keçiblər, Talış yüksəkliyini alıblar, bizə də şəkillər göndərib sevincini bölüşür. Heç hələ bilmirdik ki, cəbhədə vəziyyət gərgindir.
"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJƏmisi oğlunun 1 yaşında gözləyirdik ki, gəlsin, uşağın ad günündə qoyun kəsdik. Amma Emin gəlmədi. Atası İmran 5 heyvan saxlatdırdı ki, oğlum gəlsin, bunları da kəsərik. Ayın 2-i zəng vurdu danışdıq. Dedi ki, narahat olmayın. Aprelin 4-ü isə şəhid xəbəri gəldi".
Dayısı titrək səsi ilə sözünə belə davam edir: "Heç bir incikliyimiz yoxdur, başımızı uca edib. Amma əlbəttə ki, həmin qələbədən sonra balamız yanımızda olsaydı lap yaxşı olardı. Allah bizə bu qisməti yazdı. Gedib yolda qəza qurbanı olunca, qoy Vətən uğrunda şəhid olsun. Gedib kimlərinsə bıçağı altında ölüncə, qoy Vətən uğrunda şəhid olsun. Biz Eminlə fəxr edirik!
Dağlılar məhəlləsində dostları məni görəndə soruşur ki, dayı, biz bundan sonra bir problemimiz olanda kimə zəng vuracağıq? Kim qoruyacaq bizi? Dostlarına deyirəm ki, sizin yolunuz bundan sonra da açıq olacaq, Emin şəhid olub, sizin başınızı uca etdi. Başımı ucaltdı. Mən də arzu edərdim ki, qoy övladım şəhid olsun. Emin bütün Azərbaycanı elə bir hörmətə yüksəldib ki... Bütün Azərbaycanın başını uca elədi".
"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJEmin ailənin kiçik oğludur. Ortancıl qardaşı isə əlildir. O, Eminin şəhid olması xəbərini eşidəndən dili tutulub. Allah səbr versin. Ortancıl qardaşı danışmaq istəsə də, alınmadı. Gözü doldu və çölə çıxdı.
Eminin böyük qardaşı Yaqub Bağırov isə qardaş dağının ağırlığını bizimlə bölüşə bilir:
"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ"Qardaşımın yeri hər yerdə görünür. Qardaşdır, yoxluğu hiss olunur. Onun şəhid xəbərini eşidəndə... Hislərimi sözlə ifadə edə bilmirəm. İki qardaş olaraq həmişə dərdləşirdik. Çətinliklərini mənimlə bölüşürdü. Axırıncı dəfə atamla danışdı. Amma martda zəng vurmuşdu mənə. Dedi ki, mən cəbhə bölgəsinə gedirəm, vəziyyət pisdir, bərk-bərk tapşırdı ki, evdə demə. Mənə and içdirdi, mən də qardaş olaraq onun sirrini qorudum. Həmişə seçilirdi Emin. Çalışırdı ki, birinci olsun. Şəhid olmaqla da seçildi".
Emin şəhid olduğu gündən ailəsini bir gün olsun tək qoymayan dostu Vüsal şəhid əsgərimizin ən yaxın sirdaşı imiş...

"Emin yadımdan necə çıxsın axı? Bütün günü birlikdə idik. Hətta əsgərlikdə olanda gəlməyinə 3 gün qalmış mənə yazdı ki, burada qalmaq istəyirəm, qayıtmaq istəmirəm. Atam icazə vermir, amma burada işim demək olar ki, hazırdır. Axırıncı dəfə də martın 31-i danışdıq, dedi ki, darıxmışam, gələcəm görüşərik. Uşaqlıq dostum idi mənim. Çox səmimi uşaq idi, kinli deyildi. Dava da edirdik, barışırdıq. Amma həmişə atası gəlirdi, onu danlayırdı. Həmişə bir-birimizi itirib, axtarırdıq. Deyirdik, qardaşım bağışla, barışırdıq. Yoxluğu çətindi".
"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJAiləsi Eminin sevdiyi qızdan xəbərsiz olsalar da ən yaxın dostu sirrini açır:

"Sevdiyi qız da var idi. O qız Eminin şəhid olduğuna hələ də inanmır. Məndən soruşdu, təsdiqlədim. Hər birimiz üçün onun yoxluğu dəhşətdir. Amma onunla fəxr edirik".

Eminin 75 yaşlı babasının isə yeganə arzusu nəvəsinə qəhrəman adının verilməsidir:

"Mən də gedib, vuruşmaq istəyirəm. Eminimin başqa balalarımızın da intiqamını alacağam.

Nəvələrimin hamısı birdir. Eminlə fəxr edirəm. İstərdim ki, nəvəmə milli qəhrəman adı verilsin. Nəvəm əsl qəhrəmanlıq nümayiş etdirdi. Hər zaman özünə Mübariz İbrahimovu örnək bilirdi. Deyirdi Ali baş Komandanımız "döyüşmək" əmri versin ermənilərin qanını içərəm. Mənim balam belə bala idi. Onun vətənpərvərliyi bizə örnək idi. Arzumuz odur ki, Eminimə Milli Qəhrəman adı verilsin. Heç olmasa ürəyimizə su səpilər...".
"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ"Həmişə qucaqlayıb deyirdi ana , sən şəhid anası olacaqsan" - 20 yaşlı şəhid Eminin evindən REPORTAJ

Maraqlı     Baxılıb: 3653   Tarix: 20 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

Müəllimlərin NƏZƏRİNƏ - İmtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bu barədə  -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirili

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

Lütfi Zadənin doğum günüdür - FOTO

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım günüdür. Kaliforniya Universitetinin məşhur professorunun bu gün 102 yaşı tamam olur. 1921-ci il fevralı

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  -a bildirilib ki, müsahib

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadın geyimi adlarin menasi geymler 2025 findiq yaginin faydalari ayaq dirnaqlarina qulluq faydalı məlumat cadudan qorunma balıq novruz hakisdalari novruz hakisdalar gozellik