Həndbol yığmamızın yeni legioneri - FOTO
Həndbol üzrə Azərbaycan yığmasında kütləvi milliləşdirmə olub. BAKU.WS Apasport.az-a istinadən xəbər verir ki, yeni heyətlə işə başlayan federasiya IV İslam Həmrəyliyi Oyunlarında uğur qazanmaq üçün qadınlardan ibarət komandalarımıza müxtəlif ölkələrdən oyunçu cəlb ediblər.
Bununla, gənc və perspektivli həndbolçularımız üçün yeni açılan "qapı"ların hamısı bağlanıb. Qurum mayın 12-22-də təşkil olunacaq yarış üçün 14 həndbolçu sifariş edib ki, onlardan 9-u yeni "tapıntıdı". Daha doğrusu, ölkələrinə lazım olmayan və əsasən aşağı liqalarda çıxış etmiş oyunçulardı. Onlar arasında ABU-da legioner kimi oynayan 32 yaşlı ukraynalı Natalya Qayoviç, onun həmyerlisi 25 yaşlı Anastasiya Metelska və 26 yaşlı rusiyalı Oksana Orexova da var.
Yığmamızın digər yeni simaları isə hamısı rusiyalıdı. Bunlar Yekaterina Artamanova (28 yaş), İrina Klimenko (22), Mariya Raçitelyeva (24), Anna Burova (21) və Alla Çernişovadı (29).
Heyətdə cəmi 5 oyunçu azarkeşlərimiz üçün tanışdı. Onlardan Səbinə Nuriyeva, İranə Qasımova, Marina Tankaskaya, Anna Həmidova və Sakinat Abasova Azərbaycan həndbolunun yetirməsidisə, Yekaterina Peçe daha öncə milliləşən rusiyalıdı.















Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Aysun: Yağmur məni bloka atıb
Vəfa yenidən konsert verəcək
Ürəyi qoruyub, stressi azaldan ÇAY
Məşhur reper ikinci dəfə baba oldu
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Hər gün yumurta yemək olar?