"Hər dəfə bunu deyib kefimi niyə pozursunuz?" - Elnarə Xəlilova - FOTOLAR

Xanim.az lent.az-a istinadən müğənni Elnarə Xəlilova ilə müsahibəni təqdim edir

- Space telekanalında aparıcılıq etdiyin proqram artıq yeni formatda yayımlanır. Bu dəyişiklik nə ilə bağlı oldu?

- Veriliş böyüdü, inkişaf etdi, ad, dekorasiya dəyişdi. Əvvəl 45 dəqiqə idi, indi 1 saat 45 dəqiqədir, 17:30-da başlayır, 19:15-də bitir. Əvvəl gündüz efirə gedirdi, indi axşam, əvvəl yalnız xanımlara aid idi, indi həm xanımlara, həm də bəylərə. Adı da ona uyğun seçilib, "Xanımlar və cənablar". Bu, tam başqa verilişdir, əvvəlki verilişin davamı deyil.

- Proqramda əsasən hansı mövzulara toxunulur?

- İnsanları düşündürə bilən, aktual olan bütün mövzuları əhatə edirik. Həyatın nəbzini tutmağa çalışırıq. Musiqi, elm, ədəbiyyat, idman, texniki tərəqqi, adət-ənənə, ailə-məişət problemləri, sosial mövzulara, ölkədə və dünyada baş verən hadisələrə, yeniliklərə toxunuruq. Bir qadını və bir kişini maraqlandıra biləcək hər şey burada müzakirə oluna bilər. İlk efirimiz nəzakət qaydalarını təbliğ edən veriliş oldu. Sonra isə bir-birinin ardınca aktual mövzulara toxunuruq.

- İnsanları ən çox maraqlandıran və danışmaq istədikləri mövzular hansılardır?

- Adət-ənənələrdən tutmuş ailə-məişət problemlərinədək. Məsələn, ailədə sədaqət mövzusunu qoymuşduq. Şəhər sakinləri ilə sorğu keçirdik. Yaşlı insanlar daha çox məhəbbət, sədaqət, vəfa kimi keyfiyyətlərə önəm verirdi, cavanların əksəriyyəti isə deyirdi ki, indi ailələrdə sədaqət yoxdur, ailəyə barmaqarası baxırlar, bütün günü Facebook, İnstagram-dadırlar. Hazırda belə bir tendensiya formalaşıb, artıq cavanlar ailəyə bütöv bir məfhum kimi baxa bilmirlər. Bunu özləri də etiraf edirlər. Bundan başqa, cehizlik mebellərdən tutmuş, pərdələrə qədər, sağlamlıqdan tutmuş ev tərmirinədək bütün mövzular ətrafında müzakirələr aparırıq, məlumatlar veririk. Bizim verilişin adı ilə olan İnstagram səhifəmiz var. Ora bizə tamaşaçılar istədikləri mövzular barədə yazırlar və ya müzakirə etdiyimiz mövzularla bağlı maraqlanırlar.

- Ailə-məişət mövzusundan danışdın. Son vaxtlar ailə-məişət qismində cinayət hadisələri, qətllərin sayı çoxalıb. Ailəsi olan bir xanım, eyni zamanda bir aparıcı kimi belə xəbərləri görəndə nə düşünürsən?

- Bir atanın öz oğlunun başını kəsməsi o qədər qəddarcasına bir münasibətdir ki, buna ad tapa bilmirəm. Onlara insan deyə bilmirəm, heyvan öz balasına o cür etmir heç. Heyvan balasını instinktiv olaraq qoruyur. Affekt vəziyyətə düşməyə nə var ki? Bir az pulsuzluq, bir az problem, bir az evdə söz-söhbət, məişət zəmnində dığ-dığ, aylarla davam edən yoxsulluq insanı nəyə desən vadar edər.

- Hətta sevgiyə belə qalib gələr?

- Əlbəttə. İnsanın da səbrinin bəlli bir həddi-hüdudu var. Bəlli bir yerə qədər insan dözür, səbr edir. Sonra insan təslim olur.

- Proqramın bütün detalları ilə maraqlanırsan. Deyəsən, əməlli-başlı televiziya işçisi olmusan.

- Mən ümumiyyətlə, perfeksianistəm. Nəsə edirəmsə, onu axıra qədər edirəm, ya da etmirəm, deyirəm mənlik deyil. Proqramın müəllifi mənəm. Əlbəttə ki, mən onun tam hazırlanmasının bütün detallarında iştirak etməliyəm. Orada mənim hər bir şeydən xəbərim olmalıdır, mövzu nədir, qonaqlar kimdir. Son vaxtlar verilişlərdə tendensiya var - kim gəldi, hara gəldi, necə gəldi, nə gəldi danışırlar. Mən də o verilişlərə gedən adamlardan biriyəm. Ona görə də hər verilişə getmirəm. Görürəm ki, aparıcının İQ-sü mənim İQ-mə bərabər deyil. Heç kəsi təhqir etmək istəmirəm. Amma fakt görürəm ki, mən deyəcəm "həmdən-həmə" o deyəcək "dəmdən-dəmə". Ona görə də gücüm özümə çatır, getmirəm. Lakin bizim verilişdə redaktor, rejissor, prodüser, müxbir, aparıcı, yəni yaradıcı və texniki heyət var.

- Verilişə çox vaxt ayırırsan. Müğənniliyin ikinci planda qalmır?

- Əlbəttə, qalır. Övladlarım dünyaya gələndən sonra müğənnilik onsuz da ikinci planda qalmışdı. Mənim üçün müğənnilikdən, verilişdən əvvəl birinci yerdə ailəmdir. İndi onlardan sonra veriliş gəlir. Həftəiçi 5 gün veriliş aparmaq asan deyil. Amma müğənniliyi də atmamışam, yeni mahnılarım var. Axırıncı dəfə İlhamə Quliyevanın repertuarından Fikrət Əmirovun "Mən səni araram" mahnısını ifa etdim. Başqa yeni mahnılarım da var. Amma "Mən səni araram" hazırda yayımlanır deyə digər mahnıları hələ saxlamışam. İmkan verirəm ki, bir mahnı öz həyatını yaşasın.

- Həftə içi 5 gün efir və 4 uşaq, ailə. Necə çatdırırsan?

- Sağ olsun, anam kömək edir. Mən evdə olmayanda uşaqlarla məşğul olur, sonra mən evə gəlib "estafeti" ondan alıram. Sonra da gecə səhərə qədər balaca ilə əlləşirəm (gülür). Səhər oyanıram yenə eyni vəziyyət. Həftədə bir dəfə o biri nənəsinin yanına gedirlər. Birtəhər köməkləşib yola veririk.

- Bu gərginlikdə özünə vaxt ayıra bilirsən?

- Verilişi çəkərkən saç-makiyaj olmalıdır, mağazadan geyim, ayaqqabı götürürəm. Bu, özümə vaxt ayırmaq sayılırsa, belə edirəm. Amma bunu veriliş üçün edirəm. İdmanla məşğul oluram, həkimə gedirəm. İstədiyim çəkiyə nəinki gəlib çatmamışam, hələ arada kökəlmişəm də. İdmanla bərabər pəhrizə başlamışam. Bir dəfə pəhrizə başladım, ancaq uşağa süd verirdim deyə 15 gündən artıq davam etdirə bilmədim. İndi süd vermirəm və pəhriz saxlaya bilərəm. Ağzımı tikməliyəm, yemək hazırda mənim pis vərdişimdir. Vaxtım o qədər azdır ki, kosmetoloqa da vaxtlı-vaxtında getmirəm. Amma bıçaq sümüyə dirənəndə məcbur gedirəm.

- Bir arada İnstagram-da izləyirdim, pərəstişkarların saçlarınla bağlı şərhlər yazırdılar, sarı saçlarını bəyənmirdilər.

- Əslində onları başa sala bilmirdim ki, mən elə onu etməklə məşğulam. Onlara başa sala bilmirdim ki, bir az səbrli olun, gözləyin saçlar uzansın. Saç axı bir gecəyə uzana bilməz. Axır ki, öz saçım çıxdı. Artıq dincəliblər, heç nə yazmırlar (gülür).

- Kökəlməyini də çox yazırdılar.

- Kökəldiyimi özüm də bilirəm. Amma bunu hər dəfə deyib niyə mənim kefimi pozursunuz? (gülür). Bir günə arıqlaya bilmərəm axı. Hər kəs bilir ki, qadın dünyaya uşaq gətirəndə hormonlar yerində olmur. Məsələn, prolaktin yüksəkdirsə, heç vaxt qoymaz sən arıqlayasan. Əlimdən gələni etdim ki, şişib dama dönməyim. Amma kökəldim. Bəlkə də qeysəriyyə əməliyyatı ilə bağlı oldu, bəlkə də yaşla. Metabolizma əvvəlki kimi deyil. İstər-istəməz yaş öz sözünü deyir. Bundan əvvəlki uşaqlarda əvvəlki çəkimə tez qayıdırdım, heç elə bil hamilə olmamışam. Amma axırıncı uşaq əməliyyatla oldu deyə bəzi məhdudiyyətlər yarandı. İdmana 6 aydan tez başlamaq olmazdı. Əsas odur uşaqların canı sağ olsun, ailəm sağlam olsun, hörmət-izzət olsun. Kök-arıq fərq etməz. Onda həyatda nə qədər kök insan varsa, hamısı getsin özünü öldürsün ki, mən yaşamıram?! İndi deyəcəklər ki, yox, sən səhnədəsən, səhnə adamı kök olmaz. Dünyaca məşhur və kök insanlar var, Manserat Cabalye, Adel... Onlar səhnədə bədən ölçülərinə görə geyinirlər.

- Yenə gəldik geyim mövzusuna...

- Maraqlı tendensiya var. Bizim camaat məni əvvəlki obrazda görmək istəyir. Yəni ailə qurmazdan əvvəl necə idimsə elə. Başa düşmürlər ki, mən artıq əvvəlki kimi ola bilmərəm. Yaş da gedir. Axı mən indi 23 yaşında göründüyüm kimi görünə bilmərəm, bədən o bədən deyil, yaş o yaş deyil. Mən bədən ölçülərimə görə o cür geyinmirəm. Kiminsə kompleksi yoxdur, açıq qollarını, sallanan yerlərini qoyur çöldə, mən elə edə bilmirəm. Mən nə var-nə var "modnu" geyinəcəm deyə o cür edə bilmərəm. Mən bədənimə uyğun geyinirəm və artıq çəkilərimi gizlətməklə məşğulam. Mənim üçün geyinmək qüsurları örtmək deməkdir, əksinə, olan-qalan qüsuru da çölə çıxarmaq deyil. Hamısı bir-birini tamamlayır, bir az geyim, bir az saç, bir az artıq çəki, bir az repertuar.

- Çılğın, dəlisov mahnılar da istəyirlər səndən.

- Repertuarıma da deyinirlər, deyirlər ki, son vaxtlar dəbdə olan mahnılardan oxu, ağlamalı, damar mahnısı. Mən nə edim ki, həqiqətən də hazırda damar mahnıları dəbdədir, kim damar mahnısı oxuyur olur ulduz. Açığı deyim ki, bir-iki dəfə təcrübədən keçirdim, amma məndə alınmır. Damar mahnısı oxumaq zarafat deyil, gərək orada deyilən sözləri hiss edəsən - "öldüm", "ürəyim getdi", "yandım-töküldüm", "gecələr yata bilmədim". Hiss etməsən, necə o cür yanğılı oxuya bilərsən? Məndə də o vəziyyət yoxdur, yalandan necə edim? Kim hiss edirsə, o yanğını çatdıra bilir, o sözlərlə onu yaşayır, oxuyur və mahnı tutur. Mən həmin ifaçıların adına sevinirəm, onlara uğurlar arzu edirəm. Mən mahnılarımda ağlaya bilmirəm. Mənim son vaxtlar oxuduğum mahnıların hamısı pozitivdir. Məsələn, iki il əvvəl oxuduğum "Eşq ilə boyan" mahnısının sədaları gələndə hamının üzü gülür, əhvalı yüksəlir. Mənim mahnılarımın kredosu budur, həyat eşqi. Mən həyat eşqi ilə yaşayan insanam, mahnımda necə ağlayım? Ağlamağa səbəbim yoxdur.

- Amma İlhamə xanımın repertuarından oxuduğun "Mən səni araram" lirik mahnıdır və bu, səndə alındı.

- O mahnı İlhamə xanımın anım gününə həsr olunub. Bəlkə də İlhamə xanım həyatda olsaydı, mahnı o cür alınmazdı. Mən o mahnı ilə sanki İlhamə xanımı ağladım. Həmin mahnını oxuyan vaxt şəhidlərimiz oldu. Həm də bütün dünyadan köçənlərə ithaf etdim. Bir də mahnının ruhu var, o mahnı o cür yazılıb, sevilib. Sən o mahnının möhürünü vurmuş adamdan yaxşı oxuyacaqsansa oxu, yox, əgər korlayacaqsansa, yaxşısı budur heç dəymə. Mən də onu sadə akustik versiyada oxudum, hamı bəyəndi, çox sayda insanlar, sənət dostlarım sosial şəbəkələrə paylaşdılar. Amma "Mən səni araram" damar mahnısı deyil, orada sözlər banal deyil, səmimi mətn var. Şablon damar mahnıları var ki, hamısında sözlər eynidir. Lakin bu, elə mahnı deyil.

- Qayıdaq evdar xanım və ana Elnarəyə. Evdə yemək bişirib, paltar ütüləyirsən?

- Çox nadir hallarda. Əl qabiliyyətim yaxşıdır, ancaq gərək ona həvəsim və vaxtım ola. İlham pərisi gəlməlidir ki, yemək bişirim. Lakin əlbəttə ki, ana olduğum üçün yemək bişirməyə borcluyam.

- Lənkəranın zəngin mətbəxi var. Hansı yeməyi yaxşı bişirirsən?

- Ləvəngi, cücəplov, badımcan, balıq ləvəngisi - hamısını bişirə bilərəm. Amma gərək həmin gün heç kəs mənə mane olmasın, əhvalımı heç kəs korlamasın, telefon sussun. Məni o vəziyyətdən ayıra bilən səbəblər olmamalıdır, uşaqlar məni incitməməlidir. Mənim enerjimi daha çox uşaqlar alır. Onlar mənə imkan verməlidirlər ki, ləvəngini bişirib ortaya çıxarım.

- Bəs Qarabağ mətbəxindən hansı yeməyi yaxşı bişirirsən?

- Qayınanamın əli çox dadlıdır. Mən onun əlindən çıxan həyət toyuğunun sousunu, ət sousunu bəyənirəm və o, necə bişirirsə, mən də o cür bişirirəm. Qarabağlılar qonaq gələn kimi toyuq sousu, yəni toyuq bozbaşı hazırlayırlar. Tez ərsəyə gəlir, hamıya da çatır, doyumludur. Qayınanam bişirəndə boyanalı aşı, boranılı aşı sevirəm. Biz tərəfdə də boranılı aş bişirirlər, amma qayınanam başqa cür hazırlayır, ona nar, quru balıq vurur, soğança edir. Dadlı bir tandem olur. Adı aşdır, gözləyirsən düyü çıxacaq, amma başqa rəngdə yemək çıxır.

- Hamı adətən anasının əl dadını bəyənir, amma sən qayınanandan daha çox danışdın.

- Anam ömrü boyu işləyib, evdar qadın olmayıb. Səhər gedib, axşam gəlib. Evdə mən olmuşam, bacı -qardaşıma baxmışam. Gəlib görüb ki, ev də təmizdir, yemək də bişib, Elnarə musiqiyə də gedib, dərslərini də hazırlayıb. Mən anamın kotletini çox sevirəm. Əti salır təzə yağa, mən də çörəyi yağa batırıb yeyirəm. Bu dada heç nə çatmaz. Anamın dovğasını çox sevirəm. Bakı dovğasının xüsusi yeri var, bilirsiniz. Amma qayınanam da çox dadlı yeməklər bişirir. Baldızım da eləcə. Mən onlara gəlin köçmüşəm və 6 il qayınana ilə yaşamışam. Qayınanamdan çox şey öyrənmişəm. Bunu necə dana bilərəm?

- Yeri gəlmişkən, 3 oğlun var. Gəlinlə yaşamaq istərdin? Hansı oğlunun yanında qalmaq istərdi, yoxsa üçünə də müstəqillik verəcəksən?

- Hər bir ana kimi istəyərdim, nəinki 3 oğlumun, hələ qızımın da ayrı evi olsun. Amma bilmirəm buna mənim imkanım çatacaq, ya yox. Hətta Ərtuğrulla bir evdə yaşasam belə, iki oğluma dəqiq ev almalıyam. Hamı bir evdə yaşayası deyil ki. Hələ o iki evin dərdi alıb məni ki, necə alacam. İki evi necəsə düzəltmək olar. Amma 3 ev almağa imkanım çatmaz. Ona görə də Ərtuğrul zəhmət çəkib mənimlə qalmalıdır (gülür). İstər mən, istər atası konflikt sevən insanlar deyilik. Bizim üçün hər yerdə yer var. Kənddə də yaşaya bilərəm. Lənkəranda ata-baba yurdumuz var. Lap gedib dağın başında da yaşaya bilərik. Mənim üçün yer qəhət deyil, təki uşaqlarımın yerini dar etməyim. Ümumiyyətlə, mən insanları narahat etməyi sevən adam deyiləm. Adamlar var ki, "qurddəbər" kimi dünyaya onun üçün gəliblər ki, kiminsə yerini dar etsinlər. Mən bunu bacarmıram. Amma indi elə zəmanədir ki, heç kimi qınamıram. O qədər evsiz-eşiksiz insanlar var. Kirayələrdə ölən, acınacaqlı durumda yaşayan sənət adamları çoxdur.
"Hər dəfə bunu deyib kefimi niyə pozursunuz?" - Elnarə Xəlilova - FOTOLAR"Hər dəfə bunu deyib kefimi niyə pozursunuz?" - Elnarə Xəlilova - FOTOLAR"Hər dəfə bunu deyib kefimi niyə pozursunuz?" - Elnarə Xəlilova - FOTOLAR"Hər dəfə bunu deyib kefimi niyə pozursunuz?" - Elnarə Xəlilova - FOTOLAR

Xəbərlər     Baxılıb: 3311   Tarix: 07 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

sac duzumleri qadin sayti donlar 2026 şorba reseptləri qadın aksesuarları almaniya haqqinda melumat 1 yaşına qədər körpələrə qulluq kosmetika bakire dovsan bedii edebiyyat kokelmek englishdilində qulaq