Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA
Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb.
Milli.Az-ın məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorlarına mənfi təsir göstərmir.
Araşdırmada qeyd olunub ki, qırmızı ət uzun illərdir ürək xəstəlikləri və 2-ci tip diabet kimi kardiometabolik problemlərlə əlaqələndirilsə də, sağlam qidalanma çərçivəsində qəbul edilən mal əti ürək sağlamlığını dəstəkləyə bilər.
İndiana Universiteti Bloomington İctimai Sağlamlıq Məktəbinin qonaq müəllimi Kevin Maki bildirib ki, aparılan tədqiqatın nəticələri mal ətinin qan şəkərinin tənzimlənməsinə və iltihab göstəricilərinə mənfi təsir etmədiyini göstərib.
Qeyd edək ki, ABŞ-də 160 milyondan çox insan kardiometabolik xəstəliklərdən əziyyət çəkir. Onların 36 milyondan çoxunda isə 2-ci tip diabet var.
Mina Mikayılova
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?