Hər gün qəhvə içən xanımların diqqətinə - Sağlam qocalmanın sirri

Hər gün qəhvə içən xanımların diqqətinə - Sağlam qocalmanın sirriAmerika Qidalanma Dərnəyinin Orlandoda keçirilən illik toplantısında təqdim olunan yeni araşdırmaya görə, gündə 1-3 fincan qəhvə içən qadınlar daha sağlam yaşlanma meyilləri göstərirlər.
Toronto Universitetindən Dr. Sara Mahdavi rəhbərlik etdiyi araşdırma nəticəsində məlum olub ki, 50 yaşlarında olan və mütəmadi qəhvə içən qadınların xroniki xəstəliklərə tutulma riski qəhvə içməyənlərlə müqayisədə daha azdır. Bununla yanaşı, bu qadınlar bilişsel, fiziki və psixoloji cəhətdən də daha sağlam yaşlanırlar.
Təxminən 47 min qadının məlumatlarının təhlil olunduğu araşdırmada yalnız kofeinli qəhvənin bu müsbət təsirlərə malik olduğu qeyd edilib. Kofeinsiz qəhvələr və qazlı kofeinli içkilər isə eyni faydanı göstərməyib.
Bununla belə, araşdırmaya ehtiyatla yanaşan bəzi mütəxəssislər qeyd edirlər ki, qəhvə tək amil deyil - həyat tərzi, qidalanma vərdişləri və yaşanılan ölkənin də sağlam yaşlanmaya təsiri nəzərə alınmalıdır.
Dr. Mahdavi xəbərdarlıq edir:
"Qəhvə uzunömürlülüyə töhfə verə bilər, lakin bu, möcüzə resepti deyil. Xüsusilə yüksək qan təzyiqi, ürək xəstəlikləri, narahatlıq və yuxu pozuntuları olan şəxslər qəhvə qəbuluna diqqət etməlidirlər."
Milli.Az

Xəbərlər     Baxılıb: 1171   Tarix: 04 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

toy makiyajlari adlarin menasi qadın geyimi cinsi infeksiyalar xına bayatıları mantılar qadin saytlari kosmetika penis paxlava mekteb heyati sac duzumleri