Hər gün təmizlənməsi vacib olan əşyalar və yerlər

Hər gün təmizlənməsi vacib olan əşyalar və yerlərHər ailədə, evdə təmizlik işlərinin görülməsi dövriliyi fərqlidir. Bəzi evlərdə təmizlik işləri hər gün, bəzilərində günaşırı, bəzilərində həftəlik, hətta 15 gündə, ayda bir dəfə görülür. Amma mütəxəssislər hesab edir ki, evlərdə təmizlik işləri neçə müddətdən bir aparılmasından asılı olmayaraq, hər gün təmzilənməsi vacib olan yerlər, əşyalar var. Bunların hər gün edilməsi sağlamlıq baxımından çox önəmlidir. Xüsuslə pandemiya dövründə bu qaydalara əməl etmək vacib sayılır. 
Milli.Az e-tibb.az-a istinadən hər gün təmizlənməsi vacib sayılan əşyalar və yerlərin siyahısını təqdim edir:
1. Üzüklər
Hər gün taxdığınız və heç barmağınızdan çıxarmadığınız üzükləri gündəlik olaraq təmizləməyi unutmayın. Araşdırmalara görə, üzük taxan şəxslərin əllərində bu aksessuarı taxmayanlarla müqayisədə daha çox bakteriya aşkarlanır.
2. Duş başlığı 
Duş başlığından sabit su axsa da, bu, onun təmiz olduğu anlamına gəlmir. Mütəmadi olaraq duş başlığını təmizləməsəniz içində bakteriyalar yarana bilər və bunlar ağciyər infeksiyasına yoluxma riskini artırar.
3. Qapı dəstəkləri  
Hər gün bayırdan çirkli əllərlə evə daxil olanda ilk toxunduğunuz yer qapı dəstəkləri olur. Təmizlənməyən qapı dəstəklərində yüzlərlər mikrob ola bilər. Pandemiya dövründə koronavirusdan qorunmaq üçün də qapı dəstəklərini mütləq gündəlik təmizləmək lazımdır.
4. Klaviatura  
Hər gün istifadə edilən kompüterlərin klaviaturası müxtəlif bakteriyaların qaynağı sayılır. Ona görə də klaviaturanı hər gün ən azı antibakterial yaş salfetlə silməyiniz mikroblardan qorunmanız deməkdir.
5. Pultlar və telefonlar
Hər gün toxunduğunuz əşyalar arasında pultlar və telefonlar da var. Araşdırmaçılar bildirir ki, təmizlənməyən pultlar maya, kif göbələkləri və bakteriya yuvasıdır. Eyni fikirlər telefonlar barədə də deyilir. Ona görə də hər günün sonunda mütləq pultları, mobil və ev telefonlarını təmizləməyə bir neçə dəqiqə ayırmaq lazımdır.
6. Elektrik açarları
Evdə təmizlik aparan zaman çox zamann elektrik açarları diqqətdən yayına bilər. Amma həmin nöqtələr mikrob və bakteriyaların ən çox toplandığı yerlərdən biridir.Məsələn, aparılan bir araşdırmaya görə, hotel otaqlarında ən çox mikrob onlarda aşkarlanıb.
7.Əl-üz yuyan çanağı
Hər gün bir neşə dəfə əlləri, üzü yuyanda, dişləri fırşalayanda istifadə olunan əl-üz yuma çanağı tez bir zamanda çirklənir. Onlarda təxminən 50 mindən çox bakteriya toplana bilir. Ona görə də hər gün antiibakterial bir vasitə ilə təmziləyərək bakteriyaları bir anda yox etmək olar.
8. Diş fırçası 
Diş fırçalarımız hər gün dişlərimizin arasına girən yemək qalıqlarını və dişin üzərində olan ərpləri təmizləyir. Bununla yanaşı diş fırçasını hamamda açıq saxlamaq daha təhlükəli bir hala səbəb ola bilər. Bakteriya yuvası olan diş fırçalarını antibakterial bir məhlulla hər gün təmizləmək lazımdır. 
9. Pəncərələrin önü 
Otaqlarda ən kirli yer pəncərələrin önü sayılır. Bayırdan daxil olan toz hissəciklərində olan mikroblar allergiyalardan tutmuş, bir çox başqa problemlərə səbəb olur. Hər gün yatmazdan əvvəl ən azı yataq otaqlarının pəncərələrinin önünü təmizləmək lazımdır. Bu, həm də rahat şəkildə yatmağa kömık edəcək.
10. Avtomobil sükanı
Evlər kimi avtomobillərin içərisindəki bir çox yerlər də böyük bakteriya qaynağıdır. Avtomobilinizi hər gün təmizləməsiniz də əllərinizin daim təmasda olduğu sükana toxunmazdan əvvəl silib, təmizləmək lazımdlr. Bununla çoxlu sayda mikrobu öldürmüş olarsınız.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1264   Tarix: 06 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy makiyaji sekilleri yaz geyimleri 2026 gelinlikler kombinler 2026 yay yoğun bağırsaq xəstəlikləri viktoriya sekret zeytun mürəbbəsi kosmetika sağlamlığa aid atalar sözləri lakonizm kəlamlar gulmeli hakista vidyolar