Hər il 11 milyon insan bu xəstəlikdən ölür - Kimlər risk altındadır?

Hər il 11 milyon insan bu xəstəlikdən ölür - Kimlər risk altındadır?Yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Dr. Müberra Hraloğlu sepsisin ölümcül nəticələri barədə xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, orqanizmin bakteriya, virus, göbələk və ya parazitlərin yaratdığı infeksiyalara qarşı həddindən artıq və nəzarətsiz immun reaksiyası nəticəsində inkişaf edən sepsis vaxtında aşkarlanmadıqda sürətlə irəliləyir və ölümlə nəticələnə bilər.
Statistikaya əsasən, sepsis hər il dünyada təxminən 50 milyon insana təsir edir və onların 11 milyonu həyatını itirir.
Dr. Hraloğlu bildirib ki, xəstəlik yalnız xroniki xəstələr üçün deyil, zahirən sağlam görünən insanlar üçün də təhlükə yaradır:
"Sepsisin ən böyük riski onun çox tez pisləşə bilməsidir. Hətta sağlam görünən bir insan qısa müddətdə həyati təhlükə ilə üz-üzə qala bilər", - deyə mütəxəssis vurğulayıb.
Risk qrupuna xüsusilə yaşlılar, körpələr, immun sistemi zəif olan şəxslər və xroniki xəstəlikləri olanlar daxildir. Reanimasiyada müalicə alan pasiyentlər də sepsisin yüksək riski altındadır.
Əlamətlər nələrdir?
Sepsis digər infeksiyalarla qarışdırıla bilər. Mütəxəssis xəbərdarlıq edir ki, aşağıdakı əlamətlərdə diqqətli olmaq lazımdır:
yüksək hərarət
sürətli nəbz
nəfəs darlığı
çaşqınlıq
ağır halsızlıq
Dr. Hraloğlu qeyd edib ki, vaxtında müdaxilə həyat qurtara bilər: antibiotiklərin istifadəsi və reanimasiya dəstəyi müalicənin əsas hissəsidir. Lakin ən təsirli yanaşma profilaktikadır:
gigiyena qaydalarına riayət etmək,
peyvənd olunmaq,
infeksiya əlamətlərini vaxtında qiymətləndirmək.
Fidan
Milli.Az

Xəbərlər     Baxılıb: 1231   Tarix: 16 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

qadin sayti sac duzumleri gozel gorunmek sizanaqlara qarsi resept gürcü mətbəxi kəpək neyrosirkulyator distoniya kosmetika vətən həsrətinə aid bayatılar toyuq salati nağıllar qaynanaya aid novruz bayramina aid hakista