Hər kəs Bakı vaxtı ilə saat 13:00 - ı gözləyir
Bu gün FIFA Dünya Çempionatının kuboku Azərbaycana gətiriləcək.
Kubok 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enəcək.
Daha sonra saat 13:00-dan 19:00-dək "Gənclik Mall"da futbol azarkeşlərinə sərgilənəcək.
Qeyd edək ki, FIFA Dünya Çempionatının kuboku "Coca-Cola" şirkətinin təşəbbüsü ilə bu il 4-cü dəfə dünya turuna çıxarılıb. 50 ölkənin futbolsevərlərinə nümayiş etdirilməsi nəzərdə tutulan kubokun dünya səyahəti 2018-ci il DÇ-yə ev sahibliyi edən Rusiyanın paytaxtında yekunlaşacaq.
Kubok səfəri Azərbaycana "Coca-Cola" şirkətinin ölkəmizdə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
mənbə: publika.az
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz