Hər kəs sentyabrın 1-i, Bakı vaxtı ilə saat 16:06-nı gözləyir -SƏBƏB...

Azərbaycan Milli Elmlər Akademiyasının yaydığı məlumata görə, sentyabr ayının 1-də "Florence" adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınlığından keçəcək. NASA astronomları asteroidin təhlükəsiz keçid edəcəyini bildiriblər.
N.Tusi adına Şamaxı Atrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdar Mikayılov Publika.az-a bildirdi ki, "Florence" indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq:
""Florence" adlanan asteroid indiyə qədər bizə məlum olan Yerə yaxınlaşan asteroidlər içərisində ölçü etibarilə ən böyüyüdür. Ölçüsü 4 km-dən 5 km-ə qədər qiymətləndirilir. Sentyabr ayının 1-i, Bakı vaxtı ilə saat 16:06-da Yerə ən yaxın məsafədən keçəcək. 7 milyon kilometr o qədər də yaxın məsafə hesab edilmir, çünki müqayisədə 2029-cu ildə ölçüsü 300 metr olan "Apopis" adlanan asteroid yerə daha yaxın məsafədən keçəcək. Yaxınlıq məsafəsi 37 min kilometr kimi qiymətləndiriləcək. Yəni bu, Yer ilə Ay arasındakı məsafədən təxminən 10 dəfə daha yaxındır. Bu asteroid Yerə heç bir təhlükə törətməyəcəyi üçün, "Florence" adlı asteroidin də heç bir təhlükə törətməyəciyini demək olar. Yerə yaxınlaşma anı gündüz saatlarına düşdüyü üçün, günəş şüaları səbəbindən biz bunu müşahidə edə bilməyəcəyik. Asteroidin hərəkəti cənub-şərqdən başlayaraq, cənub-qərb istiqamətində davam edəcək. Hadisəni həmin an müşahidə etmək mümkün olmayacağı üçün, ya bir gün əvvəl ilkin yaxınlaşmaları, ya da bir gün sonra uzaqlaşma anını izləmək olar. Cənub istiqamətində gecə saatlarında daha yaxşı izləmək mümkün olacaq. Hər hansı bir təhlükəli vəziyyət baş verməyəcək".
Qeyd edək ki, sözügedən "Florence" adlanan asteroid ilk dəfə 1981-ci ildə amerikalı astronom Şelte J.Bus tərəfindən kəşf olunub.(publika.az)
Hər kəs sentyabrın 1-i, Bakı vaxtı ilə saat 16:06-nı gözləyir -SƏBƏB...Hər kəs sentyabrın 1-i, Bakı vaxtı ilə saat 16:06-nı gözləyir -SƏBƏB...

Xəbərlər     Baxılıb: 4374   Tarix: 21 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

geyim dəbləri qaşların formalari geyim seçimi qadin psixologiyasi qadınlar süni doğuş biskvitli tort resepti kosmetika məsəllər bakire azerb clpaq qadinlari layla həmidə