Hər parıltının arxasında alın tərim, sonsuz zəhmətim dayanır' - Abbas
"Hər parıltının arxasında alın tərim, hər uğurun arxasında sonsuz zəhmətim dayanır. Və bu zəhmət — işin gözəl nəticəsində görünməz bir şəkildə parlayır".
azxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial media hesabında yazıb.
"Zəhmətə dəyər vermək üçün, gərək o zəhmətin içindən keçmiş olasan… Gərək həyatı yalnız şikayət etmədən deyil, olduğu kimi sevə biləsən. Ancaq o zaman gördüyün işin dəyərini, arxasında duran əziyyəti və fədakarlığı anlayarsan. Çöldən baxanda hər şey gözəl görünə bilər — amma səhnə arxasında bəlkə də gecə-gündüz, tək qalaraq, səssiz mübarizə aparılıb. Mənim işimdə də belədir: hər parıltının arxasında alın tərim, hər uğurun arxasında sonsuz zəhmətim dayanır. Və bu zəhmət — işin gözəl nəticəsində görünməz bir şəkildə parlayır" deyə o bildirib.
Aysel









Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq