"Hər şey sıfırlandı, toy olmayacaq" - Niyam maşınını satır - VİDEO
Müğənni Niyam Salami karantin vaxtında işsiz qalmasından gileylənib.
Open.az xəbər verir ki, sənətçi sosial şəbəkədə video yayımlayaraq, hər şeyin bahalaşmasından danışıb:
"Hamı həyət evi istəyirdi, amma indi mən evimi satmağa hazırlaşıram. Fikirləşirəm ki, həyət evini necə satım, binadan mənzil alım. Ağacları sulamalıyam, necə edəcəm? Girin sosial şəbəkədə dünyanı izləyin, görün nələr baş verir. Görün biz hansı səviyyədəyik.
Yayda mən o qədər ağacları sulayıram. İndi durub mənə irad tutacaqlar ki, niyə həyət evi alırsız ki, ağac sulayasız. Maşınımı da satıram. Bir köhnə "Range Rover" varım idi, deyirdilər, pulun yoxdu sürmə. Hər bu maşını sürən milyonçu olur?
Bu pandemiyada bir dəfə bizə qaz, su və ya nəyinsə pulunu keçdilər? Dedilər, bu millət necə dolanır? Restoranı açdılar, nə var? Gedib orada biz toy oxuyuruq? Hər şey sıfırlandı, toy olmayacaq. Hələ xəbərimiz yoxdur, fil qulağında yatmışıq. Ayılacağıq ki, dünyada hər şey dəyişib, bizə indi çatıb".









Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?