Hər üç qadından biri...

Hər üç qadından biri...Qadınlarda sidik ifrazını saxlaya bilməmək patoloji halı

Qadınlar arasında sidik ifrazını saxlaya bilməyənlərin sayı yaş artdıqca daha da çoxalır.

Sidik ifrazını saxlaya bilməmək onların orqanizmləri üçün heç bir həyatı təhlükə törətməsə də, psixolojı halına mənfi təsir göstərir, ağır hallarda onların əmək qabiliyyətinin itirilməsinə səbəb olur.

Qadınlarda çanaq dibi əzələləri kişilərə nisbətən zəif olur. Doğuşlar (xüsusən uzunmüddətli və ağır keçənlər) çanaq dibi (aralıq nahiyəsi) əzələlərini daha da zəiflədir. Qadın ağır fiziki işlə məşğul olursa (və ya əvvəllər olubsa) və ya onun bədən çəkisi normadan artıq olarsa, bu zaman qarındaxili təzyiq artır. Bu da öz növbəsində çanaq dibi əzələlərinin daha çox dartılmasına səbəb olur. Son nəticədə isə qadınlarda kiçik çanaq üzvlərinin (uşaqlıq, sidik kisəsi və düz bağırsaq) aşağı enməsi və hətta kənara çıxması baş verə bilir.

Öz adi yerini dəyişərək aşağı enmiş sidik kisəsi, normal halda olduğu kimi, sidik ifrazını saxlaya bilmir. Nəticə etibarı ilə hətta zəif fiziki gərginlik zamanı (öskürək, gülüş və s. bu kimi hallarda) qadında öz-özünə sidik ifrazı (sidiyin axması) baş verir. Xəstəliyin daha ağır hallarında isə öz-özünə sidik ifrazı, sadəcə, bədənin vəziyyəti dəyişərkən, hətta sakit vəziyyətdə olanda da baş verir.

Əksər hallarda qadınlar sidik ifrazını saxlaya bilməmək problemi ilə üzləşdikdə, bunu yaş ilə əlaqədar olan adi və qaçılmaz hal hesab edərək həkimə müraciət etmirlər. Digərləri isə öz psixoloji durumları üzündən bu barədə həkimlə danışmaqdan utanırlar. Belə hallara yol vermək olmaz! Digər qadın xəstəlikləri kimi, sidik ifrazını saxlaya bilməmək halı vaxtında müalicə olunmasını tələb edir! Belə xəstələr həkimə nə qədər gec müraciət edərlərsə, onların müalicəsi bir o qədər çətin olur. Xəstəliyin gecikmiş formalarında həkimlər əksər hallarda cərrahi əməliyyata əl atmalı olurlar. Ona görə də belə problemlə üzləşən qadınlar, mümkün qədər tez olmaqla, həkim-uroloqa və ya ginekoloqa müraciət etməlidirlər.

Qadınlarda sidik ifrazını saxlaya bilməmək kimi patoloji halı müalicə etmək üçün, sidik kisəsi və sidik kanalı tonusunun artırılması məqsədi ilə, xüsusi dərman preparatlarından istifadə olunur. Müayinə zamanı sidik ifrazını saxlaya bilməməyin səbəbinin qanda qadın cinsi hormonlarının azalması ilə əlaqədar olduğu aşkar edilərsə, onlara hormonal tərkibli dərman preparatları təyin olunur.

Xəstəliyin konservativ (dərmanlar vasitəsi ilə) müalicəsi nəticə vermədiyi hallarda isə həkimlər cərrahi müalicə üsulundan istifadə etməli olurlar.

Xəstəliyin profilaktikası üçün, yaşından asılı olmayaraq, hər bir qadın öz çəkisinə nəzarət etməli, fiziki hərəkətlərlə kiçik çanaq-aralıq əzələlərini möhkəmləndirməlidir. "Tənbəllərə" isə ayaqlar arasında (mümkün qədər yüksəkdə) sıxmaqla kiçik bir topun gəzdirilməsini məsləhət görmək olar. Qeyd edilən bu son hərəkəti ev işləri görərkən də (məsələn, yemək bişirərkən, qab-qacaq yuyarkən və s. bu kimi işlər görərkən) etmək olar.

Sağlamlıq     Baxılıb: 3100   Tarix: 16 mart 2014
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

turlar.az

hamiləlik geyim şəkilləri qadın geyimi suni usaq yemekleri quru deri ucun maska şəbəkə sənəti piroq reseptləri kosmetika novruz hakısdası arxadan olmag tapmacalar mekteb novruz bayramına aid bakışta