Həşərat dişləmələri zamanı ilk yardım

Həşərat dişləmələri zamanı ilk yardımAğcaqanad dişləməsi insana böyük zərər verə bilməz. Ancaq onlar kiçik yaşlı uşaqlar üçün, xüsusən də dişləmələrin sayı çox olduqda böyük zərər vura bilərlər.
Uşaqda xoşagəlməz hissiyyatı azaltmaq üçün dişləmə yerinə soda məhlulunda (1 stəkan suya 1 çay qaşığı çay sodası olmaqla) isladılmış parça qoymaq lazımdır. Bu məqsədlə, su ilə bərabər nisbətdə qarışdırılan araqdan və ya nanə dəmləməsindən (onu qaynadılmış isti suda dəmləyərək islatma şəklində dişlənmə yerinə qoyurlar) də istifadə etmək olar. Əgər dişlənən yer xeyli şişərsə və qaşınarsa, uşağa yaşına uyğun dozada antihistamin preparatlarından birini (klaritin, suprastin və s.) vermək və həmin yerə brilyant yaşılı ("zelyonka") sürtmək məsləhət görülür. Bu məqsədlə apteklərdən xüsusi aerozollar da almaq olar.
Gənə dişləməsi
Meşədə, bağda gəzərkən dəriyə gənələr yapışa bilər. Əksər hallarda gənələri başda, boyunda, oynaqların altında aşkar edirlər. Gənə dişləməsi nəticəsində - sinir sistemi, oynaqlar və ürəyi zədələyən və ifliclərə, bəzən isə hətta ölümə də səbəb ola bilən çox təhlükəli infeksion xəstəliklər (viruslu gənə ensefaliti, gənə borreliozu) inkişaf edə bilər.
Ona görə də meşəyə gəzintiyə gedərkən, bədənin bütün açıq hissələrini qorumaq, şalvarın balaqlarını corabların içinə salmaq lazımdır. Köynəyin qollarının manjetləri biləkləri, yaxası isə boyunu sıx şəkildə əhatə etməlidir. Meşədə gəzərkən, həmçinin baş örtüyü, ən yaxşısı isə paltarın yaxasına tikilən başlıq geyinmək lazımdır.
Vaxtaşırı olaraq əyninizdəki paltara baxmaq (xüsusən də ot üzərində uzandıqdan sonra), üzərində dəvət olunmayan "sərnişinlərin" olub-olmamasını yoxlamaq lazımdır. Kollar və hündür otlar olan yerlərdən uzaq olmağa çalışın, çünki gənələr məhz belə yerlərdə gizlənməyi xoşlayırlar. Onlardan qorunmaq məqsədi ilə xüsusi spirallardan da istifadə etmək olar.
Meşə gəzintisindən qayıtdıqdan sonra diqqətlə bütün bədəninizə baxın. Gənələrin yapışmaq üçün "sevimli" yerlərinə xüsusi diqqət yetirmək lazımdır: başın tüklü hissəsinin sərhədləri, dərinin təbii büküşləri (qoltuqaltı, sağrı nahiyələri). Hər halda, siz bədəninizdə gənə aşkar etsəniz, onun başının əsasından pinsetlə tutaraq, onu yanlara hərəkət etdirməklə və ya "burub çıxarmaqla" bədəndən elə xaric etmək lazımdır ki, onun baş hissəsi dəridə qalmasın - bu, infeksiyanın yaranmasına səbəb ola bilər. Gənələri heç zaman barmaqlarınızla çıxarmayın! Gənəni xaric etdikdən sonra yara yerinə yod, spirt və ya odekolon sürtmək lazımdır. Gənəni isə bir boş şüşə və ya plastik qabına yerləşdirin və 1-2 gün ərzində müayinə üçün   sanitar-epidemioloji stansiyasına aparın.
Analizin nəticələrinə əsasən, insana ya gənəyə qarşı immunoqlobulin iynəsi vurmaq və ya onun qanını borrelioza (oynaqları, ürəyi, sinir sistemini zədələyən infeksion xəstəlik) görə müayinə etmək lazım gələ bilər.
Hərarətin yüksəlməsi və ya dişlənmə yerində halqaşəkilli ləkə olduqda, mütləq həkim-infeksionistə müraciət etmək lazımdır.
Arı və digər həşəratların sancması (arı, eşşəkarısı və s.)
Arı və digər həşəratların sancması bir sıra hallarda çox təhlükəli ola bilər. Həssas adamlarda bu zaman hətta allergik şok da baş verə bilər. Boyun, dil, yuxarı göz qapaqlarının sancılması daha təhlükəli hesab olunur. Çoxlu sayda sancmalar zamanı ağır zəhərlənmə də inkişaf edə bilər. Sancma yerində insan şiddətli ağrı hiss edir, daha sonra qızartı və şişkinlik əmələ gəlir, bəzən bədən hərarəti də yüksəlir. Sancmadan 10-15 dəqiqə keçdikdən sonra allergiya əlamətləri də yarana bilər: ümumi zəiflik, avazıma, baş ağrısı, başgicəllənmə, sinədə sıxıntı hissiyyatı, nəbzin sürətlənməsi, təngnəfəslik və s.
Bu halda dərhal "təcili yardım" çağırmaq, onlar gələnə qədər isə zərərçəkənə "Şok" bölməsində qeyd edildiyi şəkildə ilk tibbi yardım göstərmək lazımdır!
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1058   Tarix: 18 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

yemek reseptleri maskalar geyim necə seçməli sevişmə biliye aid atalar sozleri 2026 burcler hamilə qadın kosmetika tapmaca oyunlar sevda səməd vurğun muellim seiri