Həyat yoldaşı aktyorun son vəziyyətini açıqladı
Keçən mart ayında beyninə gedən damarlardan birində yaranan laxtalanma səbəbindən xəstəxanaya yerləşdirilən Türkiyənin qocaman aktyorlarından Kadir İnanırın son vəziyyəti açıqlanıb.
azxeber.com Türkiyə mətbuatına əsasən xəbər verir ki, İnanırın sağ qolu və sağ ayağının iflic olduğu iddia edilib.
Aktyorun həyat yoldaşı Jülide Kural Kadir İnanırın səhhəti ilə bağlı məlumat verib:
"Kadirin müalicəsi müsbət yöndə davam edir. Belə xəbərlərin haradan gəldiyini anlamıram. Təbii ki, çətin prosesdir, lakin onun güclü iradəsi ilə daha da yaxşı olacaq. Xahiş edirəm yalan xəbərlərə qulaq asmayın".
Aysel









Dünyanın ən gözəl qadını seçildi
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin