Həyat yoldaşı: "Rəmiş xəstə deyil"
Rafiq Hüseynovun səhhəti ilə bağlı yayılan məlumatlar yalandır.
Open.az xəbər verir ki, bunu Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib. O bildirib ki, Rəmiş nə koronavirusa yoluxub, nə də səhhətində başqa bir problem var:
"Rəmiş sağlamdır. Reytinq qazanmaqdan ötrü Rəmişin adından istifadə edirlər. Sənətkarın adından ağıllarına gələni yazırlar. Dünəndən çox əsəbiyəm. O özü də əsəbiləşir, yaşlı adamdır, 77 yaşı var. Yalan yazanların hamısını məhkəməyə verəcəyəm".
Qeyd edək ki, daha əvvəl Rəmişin ağır xəstə olması, ötən gün isə koronavirusa yoluxması haqda xəbərlər yayılıb.Kult.az









Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?