"Hip-Hop Time" verilişi mərhum reper Anar Nağılbazın xatirəsinə həsr olunacaq
Bu günlərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə internet üzərindən bir sıra maraqlı verilişlər, layihələr və çağırışlar həyata keçirilir.
İdarədən Open.az-a bildirilib ki, əhalinin diqqətini cəlb edən, xüsusilə, gənc nəsli maraqlandıran musiqidə istənilən üslubda bütün cərəyanları, yeni nəfəsləri dəstəkləyən bu layihələrdən biri də "Hip-Hop Time" verilişidir.
Bu gün saat 23.30-da Baş İdarənin - @bakimedeniyyetidaresi "Instagram" hesabından canlı yayımlanacaq veriliş Azərbaycan rep hərəkatının banilərindən biri olan mərhum Anar Nağılbazın xatirəsinə həsr olunacaq. Gənclərimizin marağına səbəb olacaq verilişə bir çox tanınmış rep ustalarının da canlı yayımla qoşulacağı gözlənilir.
Xatırladaq ki, proqramın ilk qonağı - gənclər arasında populyar olan reper Tibu olub. Layihənin müəllifi və aparıcısı Cavid Şahbazbəyovdur.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
Kərimin səhhətində problem yarandı