Hipnoz nədir?

Hipnoz nədir?Psixolojiya elminə görə hipnoz təlqinə əsaslanan süni yuxu və ya yuxu ilə yanlışlıq arası bir prosesdir. İnsanı bu prosesə hipnozçular salır. Hipnozçular qarşısındakı adamı elə bir hala gətirirlər ki, onlar hipnoz altına düşürlər. Bu isə o deməkdir ki, hipnoz edən şəxsin hər dediyini hipnoz altında olan adam həyata keçirir.
Bu hipnoz edən adamın qarşısındakına etdiyi psixoloji təsirin nəticəsində baş verir. Bəzən elə adamlar da olur ki, onlar hipnoza inanmırlar. Amma əngüclü, iradəsi möhkəm adamı belə hipnoz altına salmaq mümükün olur.
İnsanı 2 üsulla hipnoz altına almaq olur:
1. Maqnetik yol - Bu zaman hipnotik yuxu əldə edilir. Bu üsul ən uzunmüddətli və zərərsiz üsul sayılır. Maqnetik üsulla hipnoz zamanı hipnoz altında olan adama təlqin tətbiq olunmur.
2. Müxtəlif texnikaların köməyi ilə.
Hipnoz altında olan adam yalan danışa bilməz, o hipnoz altında olan zaman öz vicdanının əksinə hərəkət edə bilməz.
Hipnozun naşı və təcrübəsiz adamlar tərəfindən həyata keçirmək olmaz. Çünki bu, çox təhlükəli hadisələrin baş verməsinə səıbəb ola bilər.
Hipnozun dərinlik dərəcəsinə görə 3 növü var:
1. Özünətəlqin, inanclıq halı.
Hipnozun bu növünün əsas xüsusiyyəti hipnoz olunan adamın hipnoz edən şəxsə şüursuzca tabe olmasıdır.
2. Katalepsiya, donmuş hal.
Bu zaman hipnoz altında olan adamın gözləri yarıyumulu vəziyyətdə qalır, əzələləri isə uzun müddət sabit halda dayanır, sanki donub. Bu zaman daxili orqanlarda heç bir dəyişiklik baş vermir, orqanların fəaliyyəti buraxıldığı mövqedə dayanır.
3. Somnambülizm, yuxugəzmə halı.
Bu zaman hipnoz edən şəxs hipnoz altında olan adamı şüurlu surətdə istədiyi istiqamətə aparır. Bu hal təbii yuxugəzmə halına bənzəyir. Sadəcə olaraq yuxuda gəzməni, süni surətdə hipnozçular yaradırlar. Bu zaman adam hipnozdan ayıldıqda nə elədiyini xatırlamır.
Hipnoz altında olan adamın bəzən qeyri-adi qabiliyyətlərinin də meydana çıxması mümkündür.
Hipnoz peşəkar həkim, psixoloq və psixiatrlar tərəfindən həyata keçirildikdə heç bir təhlükə gözlənilmir. Belə ki, hipnoz yuxusundan ayılma çətin bir prosesdir. Naşı bir adam tərəfindən hipnoz altına düşüb və ayıla bilməmək psixi narahatçılıqlara səbəb ola bilir.
Hipnozdan pis vərdişlərdən uzaqlaşmaq, fobiyalardan xilas olmaq, yuxu pozğuntuları, cinsi və psixi pozulmalar zamanı istifadə olunur. Müalicə hipnoterapistlər tərəfindən aparılır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1200   Tarix: 29 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

gozel gorunmek toy gecesi toy makiyajlari mexmerek balaca qablarda keks balıq və dəniz məhsulları bəxtiyar vahabzadə ana şeiri kosmetika qiz evi haxista novruz hakışdaları hesaplama novruz bayramına aid hakışta toyuq salati