Hipoksiya nədir?

Hipoksiya nədir?Hipoksiya orqanizmin toxumalarının oksigenlə kifayət qədər təhciz edilməməsi ilə və ya toxumalarda oksigen sərfinin pozulması ilə əlaqədar olan tipik prosesdir. Hipoksiya oksigen aclığıdır. Oksigenin toxumalara nəql edilməsində iştirak edən funksional sistemlərin hər birinin funksiyasının pozulması hipoksiyanın əmələ gəlməsinə səbəb olur. Nəqletmədə iştirak edən sistemlər aşağıdakılardır:
- xarici tənəffüs sistemi
- qan dövranı sistemi
- qan.
Oksigen daşıyıcı sistemlərin fəaliyyətinin normal səviyyədə olduğu hallarda toxumaların oksigeni kafi dərəcədə sərf edə bilməsi nəticəsində də bəzən hipoksiya yarana bilir.
Hipoksiyanı növlərinə görə 2 yerə bölürlər:
1. Nəfəsalma zamanı havanın təzyiqində oksigenin azlığı səbəbindən əmələ gələn hipoksiya.
2. Orqanlarda baş verən patologiyalar səbəbindən əmələ gələn hipoksiya.
Birinci növ hipoksiya çox vaxt aşağı atmosfer təzyiqin təsirinə məruz qalan orqanizmdə baş verir. Bu əsasən yüksək dağ şəraitində və hermetik olmayan uçuş aparatlarında (təyyarələrdə) oksigenin azalması səbəblərdən meydana gəlir. Hipoksiyannın bu növünə sualtı qayıqlarda, dərin quyularda, ventilyasiyası zəif olan şaxtalarda rast gəlinir.
Ekzogen mənşəli hipoksiya zamanı arterial qanda oksigenin miqdarı azalır. Bu şəraitdə ağciyərlərin kompensator ventilyasiyası pozulur və orqanizmdən çoxlu miqdar karbon qazı xaric olur. Bunun nəticəsində hipokapniya və alkaloz əmələ gəlir ki, bu zaman ürək-damar və qan dövranında patologiyalara səbəb olur. Yüngül dərəcəli hipoksiyalar zamanı prosesin qarşısını almaq mümkün olur.
Havada olan karbon qazının miqdarı çox, oksigenin miqdarı az olduqda isə orqanizmdə hiperkapniya baş verir. Ağır hiperkapniya asidoza və elektrolit balansının pozulması ilə müşayiət olunur. Bu zaman oksigenin hemoqlobinə birləşmə prosesi zəifləyir. Bu zaman isə orqan və toxumaların oksigenlə qidalanması daha da azalır və patoloji hallar meydana çıxır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1347   Tarix: 27 sentyabr 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

kosmetoloq geyim və ayaqqabılar adlarin menasi vetenperverlik qadın döşü ordan burdan sizanaqlara qarsi vasite kosmetika qardasa aid haxistalar olumu burcler haqqinda tapmacalar toy gecesı