Hipotenziya hansı təhlükələrə səbəb ola bilər? - KARDİOLOQ DANIŞDI

Hipotenziya hansı təhlükələrə səbəb ola bilər? - KARDİOLOQ DANIŞDIYay aylarında, əsas da gənclər və qan təzyiqini aşağı salan dərman preparatlar qəbul edən insanlar arasında qan təzyiqinin aşağı olması, yəni hipotenziya simptomlarına tez-tez rast gəlinir.
Maraqlıdır, görəsən, hipotenziya hansı təhlükələrə səbəb ola bilər?
Milli.Az-ın məlumatına görə, məsələ ilə bağlı Kardioloq Gülanə Ağayeva Lent.az-a açıqlamasında bildirib ki, bir insan üçün aşağı qan təzyiqi hesab edilən səviyyə başqası üçün normal hesab oluna bilər:
Onun sözlərinə görə, bəzən isə hipotenziya həyat üçün təhlükə yarada bilər:
"Hipotenziyanın müxtəlif növləri var". 
1. Daimi hipotenziya - sakitlik halında qan təzyiqi 90/60 mm c.st-dan aşağıdır.
2. Ortostatik hipotenziya (postural hipotenziya) - Bu, vəziyyəti dəyişdikdə, yəni  oturaq vəziyyətdən ayaqüstü vəziyyətə keçdikdə və ya uzandıqdan sonra qan təzyiqinin qəfil azalması və 3 dəqiqədən artıq bu səviyyədə qalmasıdır. Səbəblər arasında susuzluq, uzun müddət uzanıqlı vəziyyət, hamiləlik və s. və eyni zamanda bəzi dərmanların istifadəsi yer alır. Məhz bu növünə yaşlı insanlar arasında daha çox rast gəlinir.
3. Postprandial hipotenziya - yeməkdən 1-2 saat sonra baş verir. Yaşlılar, xüsusən də yüksək qan təzyiqi olanlar və Parkinson kimi avtonom sinir sistemi xəstəliyi olanlar bu qrupa daxildir. Az miqdarda qidalanmaq, tərkibində karbohidrat miqdarı az olan qidalar qəbul etmək, daha çox su içmək və alkoqollu içkilərdən qaçınmaq simptomları azaltmağa kömək edə bilər. 
4. Sinir sistemi ilə əlaqəli hipotenziya - Bu daha çox uzun müddət ayaqüstə qaldıqdan sonra baş verir. Bu tipə daha çox uşaqlar və gənclər arasında rast gəlinir.
5. Nəhayət, yay aylarında xüsusən tər ilə orqanizm maye itirdiyindən baş verən təzyiq enmələri.
Aşağı qan təzyiqi orqanizmə necə təsir edir?
Adətən, orqanizmimiz avtomatik olaraq qan təzyiqini idarə edə bilir və onun çox enməsinin qarşısını alır. Qan təzyiqi enməyə başlayanda orqanizm ürək döyüntüsünü sürətləndirərək, ya da damarları daraldaraq buna cavab verməyə çalışır. Orqanizmimiz qan təzyiqinin azalmasını kompensasiya edə bilmədiyi zaman hipotenziyanın simptomları baş verir.
Aşağı qan təzyiqinin simptomları hansılardır?
- Başgicəllənmə hissi
- Bayılma və ya huşitirmə 
- Ürəkbulanma,qusma
- Bulanıq görmə və ya ümumilikdə görmə pozğunluğu
- Sürətli, səthi tənəffüs;
- Yorğunluq, zəiflik
- Yuxuya meyillilik
- Konsentrasiya problemi
Həkimə nə vaxt müraciət etmək lazımdır?
Hipotenziyanız olduğunu bilirsinizsə, həyatınıza təsir edən simptomları görməyə başlasanız, həkiminizə müraciət etməlisiniz. Əgər, hipotenziyanız olduğunu bilmirsinizsə, təkrari başgicəllənmə və ya huşunu itirmə epizodlarınız varsa, həkimə müraciət etməlisiniz.
Milli.Az

Xəbərlər     Baxılıb: 1300   Tarix: 21 iyul 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri gelinlikler elaci milli yeməklər ailə psixoloqiyası tozsoranlar kosmetika novruz bayramına aid hakıştalar həmidə novruza aid hakista rəksanə vetene aid bayati