Hisə verilmiş qidalarla bağlı XƏBƏRDARLIQ

Hisə verilmiş qidalarla bağlı XƏBƏRDARLIQMetro çıxışlarında, hərəkət intensivliyi olan yerlərdə hisə verilmiş qida məhsulları satılır. Bu məhsullar çox zaman qablaşdırılmadan, açıq  şəkildə müştərilərə təklif olunur. Təbii ki, həmin məhsulların üzərində heç bir məlumat olmur.
Bu da ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bu gün müxtəlif yerlərdə hisə verilmiş balıq, ət və pendir satılır:
"Qoxusuna görə çox insan bu məhsullara həvəs göstərir. Yaxşı olar ki, bu məhsulları alarkən onun mənşəyinə, istehsal və son istifadə tarixinə fikir verilsin. Bütün hallarda keyfiyyətli şəkildə hisə verilmiş məhsullardan istifadə məqsədəuyğundur. Amma bir çox hallarda bu məhsullar ev şəraitində, kustar üsullarla hazırlanır. Belə məhsullar daha çox təhlükə mənbəyidir".
Müsahibimiz qeyd edib ki, əsasən bu məhsullar hazırlanarkən quru ağacların budaqlarından istifadə edilməlidir:
"Amma çox zaman bu qayda gözlənilmir. Quru taxtadan, mebel qırıntılarından, laklı-boyalı talaşalardan istifadə edilir. Belə oduncaqdan istifadə edərkən ortaya zərərli maddələr çıxır ki, bu da bir başa hazırlanan məhsullara çökür. Bu da zəhərlənmə  və sağlamlıq problemləri yaradır. Eyni zamanda hisə verilmiş məhsulları uzun müddət saxlamaq üçün kimyəvi maddələrdən, konservantlardan, rəngləndiricilərdən istifadə edirlər ki, bu da insan sağlamlığı üçün təhlükəlidir. Ona görə də adı çəkilən məhsulları alarkən çox diqqətli olmaq lazımdır.
Hisə verilmiş məhsullar tez xarab olan qidalar sırasındadır.
Bu səbəbdən məhsulların üzərində istehsal və son istifadə tarixi hökmən olmalıdır. Ən əsası soyuq şəraitdə saxlanılmalıdır. Ümumiyyətlə bu qidaların hazırlanma, soyudulma və saxlanılma prosesinə ciddi riayət edilməlidir.
Belə olmayan təqdirdə həmin məhsulların tərkibində mikroorqanizmlər çoxala bilər ki, bu da ağır zəhərlənməyə və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər. Hətta xərçəng riskini artırar.
Bundan əlavə, bu məhsullar hazırlanarkən duzdan çox istifadə edilir. Bu da orqanizmdə duz-su balansının pozulmasına, hiportaniya və böyrək xəstəliyinin yaranmasına səbəb olur. Həssas, allergiyaya meylilli, həzm problemləri olan insanlarda hisə verilmiş qidaları qəbul edərkən müəyyən həzm problemləri, qarın nayihəsində ağrı, şişkinlik və baş ağrısı yarana bilir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1332   Tarix: 26 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

toy gecesi qadin dunyasi gozel gorunmek kariyera və iş həyatı soyuqdəymədən necə qorunmalı xamali piroq güllərin mənası kosmetika baldiza aid ginekoloq veten haqqinda atalar sozleri xərçəng bürcü novruz bayramina aid hakistalar