Hollandiya bayrağı çıxarıldı, yerinə Türkiyə bayrağı vuruldu... - Foto
Hollandiyanın İstanbuldakı Baş konsulluğunun binasındakı bayraq endirilərək Türkiyə bayrağı ilə əvəzlənib.
Sonxeber.az "Hurriyet"ə istinadən xəbər verir ki, bayrağı asan şəxs kameralara baxaraq əllərini qaldırıb, bir neçə saniyə sonra isə yoxa çıxıb.
Kimliyi açıqlanmayan Türkiyə vətəndaşının konsulluğun binasına necə girdiyi və sonrakı taleyi ilə bağlı heç bir məlumat verilməyib.
Daha sonra yenidən Türkiyə bayrağı endirilib, Hollandiya bayrağı isə əvvəlki yerinə qaldırılıb.