Hudutsuz sevda'nın aktrisası nişanlandı
Türkiyənin "Sureç Film" şirkətinin sahibi İsmayıl Gündoğdu ilə tanınmış aktrisa Zəhra Yılmaz ailə qurmaq yolunda ilk addımı ataraq nişanlanıblar.
Cütlüyün nişan mərasimində incəsənət aləmindən tanınmış simalar da iştirak ediblər.
Nişan mərasimi ailə üzvləri və yaxın dostların iştirakı ilə İstanbulun Etilər səmtində yerləşən "Meridien" otelində keçirilib. Cütlük mərasim zamanı münasibətlərini rəsmiləşdirərək nişan üzüklərini taxıb.
Təxminən iki ildir birlikdə olan Zəhra Yılmaz və İsmayıl Gündoğdu münasibətlərini evliliklə davam etdirmək qərarına gəliblər. Onlar bu əlamətdar günü yaxınları ilə birlikdə qeyd ediblər. Mərasimdə xoş və səmimi anların yaşandığı, cütlüyün yaxın vaxtlarda toy hazırlıqlarına başlayacağı bildirilir.
Həmin gün ənənəvi qız istəmə mərasimi də keçirilib. Tədbirdə Oktay Kaynarca və Dərya Uluğ da daxil olmaqla tanınmış simalar iştirak edərək cütlüyü bu xoş günündə tək qoymayıblar.
Qeyd edək ki, Zəhra son olaraq "Hudutsuz sevda" serialında çəkilib.
//demokrat.az / azxeber.com









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib