Hüseyn Həsənovun mənzili və avtomobilləri əlindən alına bilər
Rusiyanın Federal Vergi Xidməti bu ölkədə fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Həsənovun avtomobillərini və mənzilini məhkəmə yolu ilə müsadirə etmək niyyətindədir.
Məlumata görə, müsadirə ödənilməmiş borca görədir.
Artıq Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin tələbi ilə fərdi sahibkar Həsənova qarşı icraata başlayıb.
Xidmət bloqerdən Moskva şəhərindəki 124 kvadratmetrlik mənzilini, həmçinin "Rolls-Royce Cullinan" (2020) və "Chevrolet Tahoe" (2022) markalı iki avtomobili ala bilər.
Bundan əvvəl vergi orqanları H.Həsənovun dörd bankdakı hesablarını bloklayıb. Onun Federal Vergi Xidmətinə 144 milyon rubl (təxminən 2,9 milyon manat) məbləğində borcu yığılıb. / azxeber.com









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Bu yaşda ət yemək ömrü uzadır
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO