İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı onu məhkəməyə verdi
İbrahim Tatlısəsin birinci həyat yoldaşı Ədalət Durak Şanlıurfa Məhkəməsinə gedərək keçmiş həyat yoldaşının onu təhqir etdiyi iddiası ilə şikayət edib.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Haberler" məlumat yayıb.
Bildirilib ki, Ədalət Durak şikayət ərizəsində İbrahim Tatlısəsin qatıldığı canlı yayımda "o qara çadralı" deyərək onu təhqir etdiyini iddia edib.
Həmçinin o, şikayətində keçmiş həyat yoldaşının geyiminə görə onu "qara ilan", dini inancına görə isə "cadugar" adlandıraraq ictimaiyyət qarşısında təhqir etdiyini bildirib.
Qeyd edək ki, İbrahim Tatlısəs "Beyaz maqazin" verilişində canlı yayımda gənc sevgilisi ilə evlənməyə hazırlaşdığını, lakin cadudan dolayı işlərinin yaxşı getmədiyini iddia edib:
"Bodrumda evimə donuz yağı çəkiblər. Qızın (evlənəcəyi qadının) çəkisi 48 kiloya düşüb. Ona ev aldım, maşın aldım, daha çox alardım, amma qara çadralı və oğlu evimə donuz yağı çəkib".









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı