İdeal masajın insana inanılmaz FAYDALARI

İdeal masajın insana inanılmaz FAYDALARIMasaj rahatlaşmaq ehtiyacı duyan və yorğunluğunu atmaq istəyən hər kəsin ağlına gələn ilk alternativdir. Masaj həm də bədən üçün bir neçə dəqiqəlik xoşbəxtlik deməkdir. Ağrıyan kürək, boyun və sıxılmış əzələlər üçün, yəqin ki, masajdan daha gözəl hədiyyə ola bilməz. Masaj bir müddətə də olsa, dünyadakı bütün stress və gərginliyi uzaqlaşdıran fiziki, zehni və ruhi təmizlənmə, rahatlıq fasiləsidir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, masaj 45-70 dəqiqəyə yaxın edilməlidir. Masaj həm müalicə məqsədilə, həm də bədəni rahatlaşdırmaq üçün edilir. Sığallamaq, ovmaq, yoğurmaq, titrətmə kimi rahatladıcı texnikalarla edilən masaj müalicə məqsədi ilə deyil, əzələlərin sakitləşməsi, zehni və ruhi baxımdan istirahət, stressdən çıxmaq və sadəcə kef məqsədli həyata keçirilir.
Masajın faydaları
-İmmunitet sistemini gücləndirir
-Qan dövranını tənzimləyir
-Metabolizmi sürətləndirir
-Həzm və ifrazat sistemini yaxşılaşdırır
-Yağ yandırılmasını sürətləndirir
-Şiş ölçüsünü azaldır
-Əzələləri boşaldır
-Yuxu rejimini yaxşlaşdırır
-Stress və yorğunluğu aradan qaldırır, ruhu cəhətdən insanı sakitləşdirir
-Qocalmağı gecikdirir, hüceyrə yenilənməsini sürətləndirir
-Orqanizmdə toplanan toksinlərin atılmasını təmin edir
-Heç işləməyən əzələlərin işləməsi təmin edilir
Sağlamlaşdırıcı masaj əvəzolunmaz və vacib prosedurdur. Bu yolla bir sıra xəstəliklərdən yaxa qurtarmaq və ya ən azından profilaktik tədbir görmək olar. Bu üsuldan bir sıra xəstəliklərdə istifadə olunur. Böyüklərlə yanaşı, uşaqlarda da masaj çox gözəl effekt verir. Bu, daha çox əzələlərin iş prinsipinə təsir edir. Orqanizmdə 400-dən çox əzələ var, onların hər birinin damar və sinir təchizatı mövcuddur. Ona görə də əzələlərin qısalması, ifliclər zamanı masaj mütləqdir. Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərin yaranması riskini azladır. Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar ötürülür və bu, arterial təzyiqi aşağı salır.
Masajla bağlı aparılan tədqiqatlarda məlum olub ki, boyun nahiyəsinin masajı zamanı əldə olunan effekt müvafiq dərman preparatlarının verdiyi effektə bərabərdir. Masaj növlərinin içərisində ən təsirli akva-masajın olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, üzgüçülük bir çox ağır xəstəliklərin dərmanıdır.
Xanımlar üçün masajın xüsusi faydaları var
- Masaj dərinin və əzələlərin dartılmasını və daha təravətli görünməsini təmin edir. Həftədə 3 gün 30-45 dəqiqəlik masaj etmək kollagen liflərin elastikliyini artırır. Dərinin qocalma prosesini gecikdirir.
- Masaj arıqlamağa kömək etdiyi kimi, bir çox qadının əziyyət çəkdiyi sellülitin yaranmasının da qarşısını alır.
- Yaxşı masaj bütün sellülit müalicələrindən daha təsirlidir. Əslində sellülit müalicəsi üçün istifadə edilən alətlərin hamısı masajı təqlid edir. Masaj edən insanın əl qabiliyyətinin qiyməti getdikcə bahalaşdığı, təbii olaraq yorulmaq ehtimalı yüksək olduğu üçün masaj alətləri təkmilləşdirilmişdir.
- Sellülit toxuması pozulmuş yağ hüceyrəsidir. Qan və limfa dövranında çətinliklər nəticəsində su toplayan yağ hüceyrələri sərtləşir. Beləcə, normal yağ toxuması pozulur, portağal qabığı görünüşünü alır. Masaj qan və limfa dövranını düzəldərək sellülitin azalmasına yardımçı olur. Xüsusilə limfa drenaj masajları müəyyən nöqtələrə tətbiq olunan təzyiq sayəsində limfa dövranını daha fəal şəkildə sürətləndirirlər. Nəticədə yağ toxumasında hapsolan maye sərbəst qalır, hərəkətə gəlir. Qan dövranı sistemi artıq maye və digər toksinləri çeşidləyərək sidik və ya tər vasitəsilə bədəndən xaric olunmasını təmin edir. Beləliklə, orqanizm toxuması sıxlaşır. Yadınızda saxlayın ki, yaxşı sellülit masajından sonra sidiyə çıxma istəyinin olması normal haldır. Ətirli yağlar masajın təsirlərini daha da artırırlar. Bitki tərkiblərindən ibarət olan bu yağlar bədəni rahatladır və yağların parçalanmasına yardımçı olurlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2067   Tarix: 05 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

geymler 2026 makiyaj instagram toy makiyajlari aloy gulunun faydasi zoğal mürəbbəsi hazırlanması 2026 qonaq otagi qadın aksesuarları kosmetika baldıza aid hakışta arxadan olmag baliq burcu veten haqqinda bayati gozde olar