İftardan sonra çəkilən siqaret fəsad verə bilər

İftardan sonra çəkilən siqaret fəsad verə bilərRamazan ayı bir ay müddətində yeyib-içməkdə müəyyən məhdudiyyətləri gözləməklə yanaşı, digər zərərli vərdişlərdən də əl çəkməyə imkan yaradır. Lakin tütün aludəçiləri olanlar iftarlarını açdıqdan dərhal sonra dalbadal siqaret çəkirlər. Mütəxəssislər bildirirlər ki, bu hal infarkt riskini təxminən on dəfə artırır.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-allerqoloq Ramin Nəriman bununla əlaqədar deyib: "Yeməkdən əvvəl çəkilən siqaret daha çox həzm traktına, mədənin selikli qişasına təsir edir, onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Siqaretin nə vaxt və hansı fasilədən sonra çəkilməsindən asılı olmayaraq, hər zaman orqanizmə neqativ təsir göstərir".
Tütün məhsulları bütün orqan toxumalarını, ən tez və ən çox da ürək-damar, tənəffüs sistemlərini, ciyərləri, mədə-bağırsağı və böyrəkləri sıradan çıxarır.
"Siqaretin yaxın və uzaq fəsadları var. Yaxın fəsadlar siqareti çəkəndən dərhal sonra başlayır və damar daralmasına səbəb olur. Siqaretin uzunmüddətli təsiri ondan ibarətdir ki, damar divarının kirəcləşməsi ilə nəticələnir, orqan toxumalarının qidalanmasının pozulmasına, immun sisteminin fəaliyyətinin zəifləməsinə və digər xəstəliklərin yaranmasına münbit şərait yaradır", - deyə həkim-allerqoloq bildirib.
İftar yeməyindən sonra gün boyu ac qalanların ürək döyüntüləri sürətlənir. Bu zaman siqaret çəkəndə qanda qatılaşma yaranır, damarlarda təzyiq artır. İftardan dərhal sonra çəkilən siqaret infarkt və damar tıxanıqlığı, beyin qanamasına səbəb ola bilər. Ona görə də siqaret aludəçiləri Ramazan ayında daha çox diqqətli olmalıdırlar. 
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1216   Tarix: 12 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

gelinlikler geyim seçimi sade makiyaj sekilleri peçenyelər bayatilar ciyər qovurması zeytunun hazirlanmasi kosmetika efsaneler qiz evi haxista qoğalın nağlı haxışda rus dilin nece orenek