İki azərbaycanlı aparıcı qırğına çıxdı: "Ağzından süd iyi gələn "colma-çocuq...""
ARB TV-nin yayımı dayandırılmış "Ferma" verilişinin aparıcıları Ülvira Qarayeva və Yeganə Cansail arasında qalmaqal yaşanıb.
Axşam.az-ın məlumatına görə, aparıcılar "Facebook" da bir-birilərinin ünvanına sərt sözlər yazıblar.
Y.Cansail ad çəkmədəm Ü.Qarayevaya ismarış göndərib:
"Artıq səbrim tükənir. Gəmidə oturub gəmiçiylə dava edənlər olmaya da. Bir də öz yerini bilməyənlər çox təhlükəlidirlər. 3 ildir "Ferma" yayımlanırdı, gül kimi də veriliş aparırdım, sonradan gəlib özünü şah kimi aparan o insanın ayağı düşmədi, hazır məhsulu da heç elədi, veriliş bağlandı. Amma ruhdan düşmək olmaz, daha böyük uğurlar bizi gözləyir. Ünvanlı".
Daha sonra aparıcı Ü.Qarayeva da öz səhifəsində ismarışa sərt cavab verib:
"Bu insana nə deyəsən, üzümə gülüb, "Facebook"da əjdahaya dönür. Gül kimi təzə layihəyə start veririk, ağzından süd iyi gələn "colma-çocuq" diqqət yayındırmağa çalışır. İddiası başından böyük qız, boş-boş şeylərlə məşğul olmaq yerinə, iş ortaya qoymağa çalış".
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Hər gün yumurta yemək olar?
Ana olmaq ehtimalım belə qorxuncdur
Məşhur reper ikinci dəfə baba oldu
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək
Məşhur aktyor vəfat etdi
Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr