"İkinci dəfə peşiman olmaq istəmirəm" - Məşhur aparıcımız Murad ikinci dəfə ailə həyatı qurub?
Tanınmış teleaparıcı Murad Əzimzadə dilinin bəlasına düşüb. Aparıcının bir neçə gün əvvəl şəxsi həyatı ilə bağlı verilişlərdən birinə verdiyi müsahibəsi tamam başqa bir yerə yozulub. Murad bu haqda Milli.Az-a danışıb:
"Bir neçə gün öncə "ATV maqazin 10-larla" verilişinə verdiyim müsahibə insanlarda tamam başqa təəssürat yaradıb. Belə ki, verilişdən sonra bir çox dostlarım məni təbrik etməyə başladılar. Hamı məni "nişanlanma"ğım münasibəti ilə təbrik edirdi. Mən, sadəcə olaraq, müsahibədə həyatımda bir xanımın olduğunu etiraf etmişdim.
Bu münasibətin axırının nişanlanmaqla, evlənməklə bitib-bitməyəcəyini heç kim bilmir. Konkret olaraq ortalıqda bir şey yoxdur. Bir sözlə, hələ ki, evlənmirəm, subayam. Evlənmək məsuliyyətlidir, taleyüklü ağırlığı olan bir addımdır. Düşünürəm ki, tələsmək olmaz. Səbrlə həyatın gedişini, bu həyat gedişində insanların addımını müşahidə etmək lazımdır. İkinci dəfə peşiman olmaq istəmirəm".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin