İldırım vuran adamın bədənində nə baş verir? - Həkim açıqladı

İldırım vuran adamın bədənində nə baş verir? - Həkim açıqladı""İldırımlar maşınları vurmaz, çünki təkərlər rezindir" fikri doğru deyil. Düzdür ki, avtomobil metal karkası fizikada Faraday qəfəs kimi ildırıma qarşı müqavimət göstərir. Elektriki maşının üzərində yayır və yerə oturur. Maşında olarkən ildırım çaxırsa, metal hissələrə toxunmayın. Amma çox güclü elektrikdə təkərlər və rezinin keçiriciliyi daha da artır. İldırımın elektriki metal hissələrə paylandıqdan sonra təkərlər vasitəsilə yerə ötürülür. Yəni ildırım çaxan zaman təkərlər, rezin ayaqqabılar, məsələn, qaloş sizi ildırımdan qoruya bilməz".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Mütəxəssis daha sonra ildırımın tibbi tərəflərini açıqlayıb. O, bildirib ki, ildırım vurması həm böyüklərdə, həm də uşaqlarda ürək fəaliyyəti asistoliya tipində dayanır:
"Xatırladım ki, ürək fəaliyyəti dayanmasının EKG də 4 tipi var:
1. Asistoliya
2. Mədəcik fibrillyasiyası (VF)
3. Mədəcik taxikardiyası (VT)
4. Nəbzsiz elektrik aktivliyi
Bunlardan 2-si yeni VF və VT yardımlar zamanı defibrillyatorun istifadəsini tələb edir.
İldırımın elektriki sabit cərəyan olduğu üçün o, asistoliya tipində ürəyi dayandırır. Bu o deməkdir ki, təcili yardım göstərdikdə ürək masajı və süni tənəffüs verməlisiniz, ürək fəaliyyəti bərpa olana qədər hər 3 dəqiqədən bir venaya adrenalin vurmalısınız. Amma defibrillyasiya etməyə ehtiyac yoxdur. İldirimdan yaranan ürək dayanması zamanı defibrillyasiya (el arasında ütü, şok) etsəniz, əksinə xəstənin həyatda qalma şansı azalar.
Evdə olan 220V isə dəyişən cərəyandır və ürəkdə fibrillyasiya (VF) yaradır. Həmin vaxt ürək masajı, süni tənəffüs və adrenalin edirsiz. Buna kardiopulmonar resuskitasiya – ürək ağciyər reanimasiyası deyilir. Təcili yardım briqadası və defibrillyator gələn kimi defibrillyasiya etmək lazımdır.
Elektrik travması zamanı xəstənin torpağa basdırılması mifdir, əksinə vaxt itkisidir və elektrik yarasının torpaqla çirklənməsi daha da işləri çətinləşdirə bilər. Elektrotravma zamanı xəstə həyatda qalarsa, 3 gün ərzində ürək ritminin pozulması baş verə bilər, odur ki, xəstə 3 gün həkim nəzarəti altında saxlanılmalıdır". /publika.az

Sağlamlıq     Baxılıb: 2921   Tarix: 10 avqust 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

turlar.az

geymler 2026 geyim seçimi yaz geyimleri 2026 muslim somen beautiful hamiləlikdə qidalanma sabir haciyev qidalandirici maskalar kosmetika birlik aslan atalar sözü novruza aid oğlan evine aid hakisda