İlhamə Quliyeva: "Brilliant falset, yalançı səslə oxuyur"

İlhamə Quliyeva: "Brilliant falset, yalançı səslə oxuyur"Xalq artisti İlhamə Quliyeva Fikrət Əmirovun onun üçün yazdığı "Neyləmişəm" mahnısının həmkarı Brilliant Dadaşova tərəfindən oxunmasına etiraz edib.

O, ölkə.az-ın əməkdaşı ilə söhbətində Brilliant Dadaşovanın əsəri lazımınca ifa edə bilməməsindən gileylənib:

"1972-ci ildə dahi Fikrət Əmirov Teymur Elçinin sözlərinə mənim səsim üçün silsilə əsərlər yazıb. Onlardan "Gülür ellər", "Göygöl", "Mən səni araram", "Toy" mahnısı, "Neyləmişəm" kimi əsərlərin adını çəkə bilərəm. Bu mahnıları 1972-ci ildən oxumuşam. "Gülərəm gülsən" mahnısını isə məndən əvvəl Bülbül də oxuyub. O mahnılar Dövlət radiosunun qızıl fondunda da var. Bunlar mənim möhürünü vurduğum əsərlərdi və mülkiyyətimdir. Heç kəsə icazə vermirəm, heç kəsin hüquq çatmır ki, özüm sağ ola-ola möhürünü vurduğum əsərləri bərbad günə qoysunlar. Bir-iki müğənniyə özüm şəxsən icazə vermişəm. Ancaq eləsi də var ki, öz biabırçı ifası ilə Fikrət Əmirovun ruhunu incidir. Brilliant Dadaşova "Neyləmişəm" mahnısını bərbad şəkildə, aranjimansız, ara bir ifa kimi və özbaşına oxuyub. Mən buna etiraz edirəm".

Jurnalistun "əgər sizdən icazə alsaydı, razılıq verərdinizmi" sualına İlhamə Quliyeva belə cavab verib:

"Məndən icazə alsa da, icazə vermərəm. Çünki o ömründə bu əsəri lazımi səviyyədə oxuya bilməz. Onun öz səsinə uyğun repertuarı var. Kişilərin səsiylə, xor səsiylə, bərbad halda, akapella ilə "lə-lə-lə" deyə-deyə oxuyub. Fikrət Əmirovun "lə-lə-lə" mahnısı yoxdur. O cür ciddi bir əsəri bərbad vəziyyətə salıb. Qəti surətdə etirazımı bildirirəm. Azərbaycanın televiziya kanallarına və onların rəhbərlərinə, radio rəhbərlərinə müraciət edirəm. Əgər hansısa kanalda Brilliant Dadaşovanın ifasında Fikrət Əmirovdan oxuduğum əsər səslənərsə, o kanalı da, aparıcını da, radionu da məhkəməyə verəcəyəm. Brilliantın özünü isə çox böyük məhkəməyə verəcəyəm. Bundan sonra izn istəsə də, razılıq vermərəm. Mənim oxuduğum əsər Brilliantın səsi üçün deyil. O falset, yalançı səslə cikkildəyə-cikkildəyə oxuyur. Dediyim kimi bir-iki nəfərə icazə vermişəm. Bilirəm ki, o ifaçılar heç vaxt mənim oxuduğum əsəri korlamazlar. Brilliant getsin öz xörəyini yesin. Neyləmişəm", "Göygöl", "Gülür ellər" əsərlərini yeni aranjimanda oxumuşam və bunlar dövlət radiosunun fondunda saxlanılır. Heç kəsin hüuquq çatmaz ki, başımın üstündən ifa üçün kiməsə icazə versin. Çox ciddi xəbərdarlıq edirəm".

Xəbərlər     Baxılıb: 1778   Tarix: 19 iyun 2015
f Paylaş

Oxşar xəbərlər

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Bu içkilər infarkt riskini artıra bilər

Ürək cərrahı Ceremi London şirin qazlı içkilərin sağlamlığa ciddi zərər vurduğunu bildirib. xəbər verir ki, yüksək kalorili və şəkərli qazlı içkilər gündəlik qidalanmada böyük risk yaradır. Həkimin sözlərinə görə, insanla

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Bu əlamətlər sizdə varsa, yaz allergiyası ola bilər - Görün nələrdən YAYILIR

"Yaz allergiyası əslində immun sisteminin zərərsiz sayılan tozcuqlara qarşı həddindən artıq reaksiyasıdır". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloq

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

turlar.az

geyim necə seçməli geymler 2026 kosmetika mehsullari şef master gelinlikler toyuq buglamasi diş ağrısı kosmetika faydalı məsləhətlər ziyafet geyimleri ikizler hüzeyir hacibəyov vetene aid atalar sozleri