İlhamə Quliyevanın 20 minlik kürkü görün hardan tapıldı - ŞOK

Mərhum korifey sənətkar İlhamə Quliyevanın sevə-sevə geyindiyi bahalı gödəkçəsi ilə bağlı maraqlı məlumat yayılıb. Xəbərlərə görə, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun oğulluğu Orxan Nadirov həmin gödəkçəni girov qoyub və min manat pul alıb.

Lent.az musavat.com-a istinadən xəbər verir ki, İ.Quliyevanın həmin gödəkçəsi dünyaca məşhur "GreekFurs" firmasının istehsalıdır. Bu şirkət eksklüziv və xüsusi bəslənmiş gəmirici növlərinin xəzlərindən gödəkçələr hazırlayır. Yunanıstanda yerləşən və ABŞ xəz-dəri şirkətləri ilə əlaqəli çalışan "GreekFurs"un qiymət siyasəti də fərqlidir. Şirkətin saytında eksklüziv gödəkçələrin qiymətləri də növündən asılı olaraq 1400 avrodan 50 min avroya qədər dəyişir.

İ.Quliyevanın vaxtilə sevə-sevə geydiyi gödəkçənin qiyməti haqda dəqiq məlumat yoxdur. Müraciət etdiyimiz xəz mütəxəssisləri həmin gödəkçənin bahalı mal olduğunu təsdiqlədilər. Bildirdilər ki, belə xəzlərdən olan gödəkçənin hazırda Azərbaycanda bazar qiyməti 15-20 min manatdır. Mərhum sənətkarla vaxtilə yaxın olmuş şəxslər isə bildirirlər ki, həmin gödəkçəni ona hədiyyə veriblər. İ.Quliyeva da bahalı xəzdən olan həmin gödəkçənin ona hədiyyə verilməsini gizlətməyib, konkret ad çəkməklə "gödəkçəni mənə alıb" deyirmiş. Yayılan xəbərdə bahalı gödəkçənin lombardlardan birində olduğunu öyrənəndən sonra ilk öncə Orxan Nadirovla əlaqə saxladıq. O.Nadirovun yayılan xəbərə münasibəti belə oldu: "Səhv məlumatdır, gödəkçə evdədir, şəklini çəkib vathcapla yollayacağam".

Bununla belə, korifey sənətkarın məşhur gödəkçəsinin girovluqda olub-olmamasını aydınlaşdırmaq üçün lombardlarla əlaqə saxladıq. Bir neçə saatlıq araşdırmalardan sonra öyrəndik ki, digər qiymətli əşyalarla yanaşı, bahalı geyimlərə də lombard krediti verən bir ünvan var. Həmin ünvan Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşir. Qeyd edilən küçədəki lombardla əlaqə saxladıq. Oradan belə bir cavab aldıq ki, həqiqətən də lombarda Orxan Əhmədağa oğlu Nadirov xəz gödəkçə girov qoyub.

"Xəz gödəkçə haqda siz məlumat verəndən sonra araşdırdıq. Lombarda 2016-cı ilin oktyabrında bir qadınla bir cavan oğlan gəliblər. Onlar xəz gödəkcəni qoyub kredit alıblar. Gödəkçə 1 ay müddətinə qoyulub, amma sonradan gəlib onu geri almayıblar" - deyə lombardda çalışan bir xanım söyləyib. Az sonra redaksiyamızla əlaqə saxlayan və özünü lombardın rəhbərlərində biri kimi təqdim edən şəxs deyib ki, xəz gödəkçənin İlhamə Quliyevaya məxsus olmasını bildiklərindən məmnun olublar: "Bizə məlumat verdiyiniz üçün təşəkkür edirik. Korifey sənətkarımız İlhamə Quliyevaya böyük hörmətimiz olub və bu gün də var. Onun xəz gödəkçəsi girov qoyulub və ardınca gələn olmayıb. Həmin gödəkçə bizdədir".

Bəs gödəkçənin gələcək taleyi necə olacaq? Satışa çıxarılacaq yoxsa başqa planlar var? Lombard rəsmisi deyir ki, ümumi məsləhətdən sonra belə qərara gəliblər ki, mərhum korifey sənətkarın gödəkçəsini satışa çıxarmasınlar: "Həmin gödəkçəni yadigar olaraq saxlayacağıq. Əgər nə vaxtsa İlhamə Quliyevanın ev muzeyi açılarsa, həmin gödəkçəni ora təhvil verə bilərik. Hazırda gödəkçə bizim əmlakımızdır".

Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun çoxsaylı əmlakları uğrunda yaxınları məhkəmə çəkişməsinə başlamışdılar. Vərəsəlik hüququ ilə bağlı bacıları Gülbahar və Aidə Quliyevalar və özünü onun oğlu kimi təqdim edən Orxan Nadirov mərhum sənətkarın mülkləri, əmlakı və digər qiymətli əşyalarına sahib olmaq üçün Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə O.Nadirovun iddiasını təmin etməyib. Onun vərəsəlik hüququnun tanınması ilə bağlı iddiasına rədd cavabı verib. Məhkəmə hesab edib ki, İlhamə Quliyevanın bütün əmlakı bacılarının arasında bölünməlidir. Çünki Orxanın İlhamə Quliyevanın oğlu olması və ya vərəsə elan edilməsi ilə bağlı hər hansı rəsmi sənəd və vəsiyyətnamə yoxdur, heç vaxt olmayıb. İ.Quliyeva 2016-cı il fevralın 25-də dünyasını dəyişib. Bundan sonra onun mirasına həbs qoyulmuşdu.

Xatırladaq ki, İ.Quliyevanın Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun "İnfiniti" və "Luimizin" markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları, bahalı geyimləri qalıb.
İlhamə Quliyevanın 20 minlik kürkü görün hardan tapıldı - ŞOKİlhamə Quliyevanın 20 minlik kürkü görün hardan tapıldı - ŞOKİlhamə Quliyevanın 20 minlik kürkü görün hardan tapıldı - ŞOKİlhamə Quliyevanın 20 minlik kürkü görün hardan tapıldı - ŞOKİlhamə Quliyevanın 20 minlik kürkü görün hardan tapıldı - ŞOK

Xəbərlər     Baxılıb: 4201   Tarix: 21 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

turlar.az

yay kolleksiyasi qadin dunyasi kosmetika mehsullari hicab baglama usullari qadin sayti gozalti qaralar ucun yuxuyozmalar kosmetika arxadan olmaq aslan cinsi elaqe vidyolar dolça