İlkin qızı üçün aldığı uşaq qidasını laboratoriyaya verəcək - Saxta imiş
Aparıcı-aktyor İlkin Həsəninin uşaq qidasından şikayət edib.
Axşam.az-ın məlumatına görə, 2 aylıq qızı Alisaya qida alan aparıcı onun keyfiyyətsiz olduğunu bildirib.
Bu haqda "Facebook"da yazan İlkin qidanı geri qaytarmaq istəsə də, cəhdinin baş tutmadığını söyləyib:
"Bu yaxınlarda Hökumət Evinin arxasında yerləşən mərkəzi aptekdən Almaniya istehsalı olan "Aptamil" uşaq qidası aldım. Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də, alınmadı.
Qutu bir neçə gün aptekdə qaldıqdan sonra "Biz firmaya göndərdik, onlar da dedi ki, hər şey qaydasındadır" cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var.
İndi siz mənə deyin, görüm, bu qidanı hansı laboratoriyada yoxlatdıra bilərəm? İnanın ki, bəlkə də, mənim özümə saxta və ya vaxtı keçmiş dərman satsaydılar, heç vaxt bu haqda yazmazdım, amma məsələ uşaqdırsa və onun qidasıdırsa, o zaman başqa məsələ!".











İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz