İmam Səccadın Kərbəladan sonra iki hədəfi

İmam Səccadın Kərbəladan sonra iki hədəfiİmam Səccadın (ə) Kərbəladan sonra iki hədəfiİmam Səccadın (ə) Aşura hadisəsi zamanı iki hədəfi olmuşdur: birincisi atasının qiyamınından sonra əldə olunanları qorumaq. Çünki bu qiyamın hədəfini təhrif etmək istəyənlərin sayı az deyildi.
İkincisi isə Həzrət Muhəmməd (s) dinini yaymaq idi. Ona görə də İmam (ə) dua şəklində İslam maarifini yaymağa və mübarizə qüvvəsini gücləndirməyə çalışmışdır.
İmamın (ə) birinci hədəfi barəsində demək olar ki, İmam (ə) əziz bibisi Həzrət Zeynəb (s.ə) ilə birlikdə həm Kufədə, həm də Şamda insanları qəflətdən ayıltmağa çalışmışdı.
Onların dediyi xütbələr bu qiyamın təsirini bir neçə qat artırmışdır. Onlar bu xütbələri ilə İslam ümmətini həqiqi düşmənlərini tanıtmış və insanları sünnətə qayıtmağa dəvət etmişdilər.
Misal üçün, İmamın (ə) Dəməşq məscidində Yezidin (lən) yanında dediyi xütbə, Əbu Süfyan (lən) nəslinin canına atəş salmışdı.
İmam (ə) əvvəl özünü və nəslini tanıtmış və sonra ata-babasının hədəfləri barəsində o qədər danışmışdı ki, insanlar ağlamışdılar.
Yezid (lən) bu səhnəni müşahidə edən zaman təhlükə hiss edir və azan deyənə əmr verir ki, azan oxusun. Azan deyən cəddinin adını çəkən zaman, İmam (ə) üzünü lənətlik Yezidə çevirib buyurur:
"Ey Yezid! Bu Muhəmməd (s) - mənim cəddimdir, yoxsa sənin? Əgər iddia etsən ki, sənin cəddindir, yalan demiş olacaqsan. Əgər desən ki, mənim cəddimdir, bəs niyə nəslini qətl etdin?".
İmam Səccad (ə) ömrünün sonuna qədər Kərbəla hadisəsini diri saxlamağa cəhd etmişdir. Nə zaman qurban edilən heyvan görərdi, ağlayardı. Su içən zaman ağlayardı. Məhərrəm ayında əza məclisləri təşkil edərdi. Onun bu əməlləri sayəsində Kərbəla hadisəsi indiyə qədər diri qalmaqdadır.
Ona görə də deyə bilərik ki, əgər İmam Səccadın (ə) fəaliyyəti olmasaydı, qanlı Aşura hadisəsi unudulacaqdı. Ancaq İmam (ə) buna imkan vermədi və öz təsirli xütbələri ilə bu qiyamın təsirini daha da artırdı və tarix boyu Əhli-Beyt (ə) davamçılarının yadından çıxmaması üçün əlindən gələn hər şeyi etdi.
İmam Səccad (ə) buyurur: "Mən Əlinin (ə) və Hüseynin (ə) övladıyam ki, onu Fəratın kənarında heç bir günahı olmadan qılıncdan keçirtdilər. Mən o kəsin övladıyam ki, onun hörmət pərdəsini cırdılar və malını qarət etdilər. Ailə üzvlərini əsirlik zəncirinə çəkdilər".
Milli.Az

Xəbərlər     Baxılıb: 1082   Tarix: 24 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

sac duzumleri geyim və ayaqqabılar yay geyimləri 2026 plovlar onkologiya qış ayaqqabıları daglar haqqinda kosmetika xərçəng bürcü vetene aid atalar sozu hakıştalar faydalı bilgilər toyuq salati