İmmunitet koronavirusa qarşı təsirsizdir? - ARAŞDIRMA

İmmunitet koronavirusa qarşı təsirsizdir? - ARAŞDIRMAABŞ-ın Boston Uşaq Xəstəxanası və Massaçusets Texnologiya İnstitutunun alimləri SARS-CoV-2 infeksiyası mexanizmini və virusa ən çox həssas olan hüceyrə növlərini müəyyənləşdirib.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "Cell" jurnalında dərc olunub. Qeyd olunub ki, bədənin əsas müdafiə sistemlərindən biri infeksiyaya qarşı təsirsizdir və əksinə xəstəliyə kömək edir.
Mütəxəssislər virusdan təsirlənən müxtəlif növ toxumaların, o cümlədən burun boşluğunun, ağciyərlərin və bağırsaqların selikli qişasını araşdırıb. Məlumdur ki, SARS-CoV-2 hüceyrələri yoluxdurmaq üçün TMPRSS2 fermentindən istifadə edərək ACE2 reseptoruna bağlanır.
Elm adamları 20 min gendən hansının müxtəlif orqanların toxumalarında olduğunu öyrənmək üçün RNT transkripsiyalarını (gen fəaliyyətinin məhsullarını) ardıcıllıqla həyata keçirib. Məlum olub ki, hüceyrələrin yalnız kiçik bir hissəsi (on faizdən az) həm ACE2, həm də TMPRSS2-yə malikdir. Bu hüceyrələrə burun qoblet hüceyrələri, ağciyərlərdə II tip alveolositlər və nazik bağırsaqlara bağlanan enterositlər daxildir.
Bundan əlavə, vücudu virusdan qorumaqda iştirak edən interferonun virusun hüceyrəyə nüfuz etməsi üçün yeni imkanlar açaraq ACE2 ifrazını stimullaşdırdığı ortaya çıxıb. COVID-19-a qarşı vasitə olaraq sınanan interferonların istifadəsi bəzi xəstələrdə infeksiyanı artıra bilər. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1131   Tarix: 26 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları

Müasir həyatın ayrılmaz hissəsinə çevrilən stress insan orqanizminə həm fiziki, həm də psixoloji təsir göstərir. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qısa müddətli stress bəzən faydalı olsa da, uzun müddətli gərginli

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu içki kişiləri prostat xərçəngindən qoruyur

Gündə üç stəkan espresso qəhvəsi içmək prostat xərçəngi riskini 50% azaldır.  xəbər verir ki, bu, İtaliyadakı "İstituto Neurologico Mediterraneo Neuromed" tədqiqatçılarının gəldiyi nəticədir. İtalyan alimlərin

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir

Cəmi bir ovuc ağ ləbləbi yemək mədə yanması və qıcqırmasını qısa müddətdə yüngülləşdirə bilir.  xəbər verir ki, ağ ləbləbi tərkibindəki komponentlər sayəsində mədədəki artıq turşunu balanslaşdırmağa kömək edir. Eyni zamanda

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu testdən keçməyən yumurtanı əsla yeməyin

Aldığınız yumurtanın nə dərəcədə təzə olduğunu anlamaq hər zaman asan olmaya bilər. Evdə tətbiq edə biləcəyiniz bir neçə test sayəsində bayat yumurtaları asanlıqla aşkar edib, potensial zəhərlənmə riskindən xilas ola bilərsiniz

.

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Geniş istifadə olunan ağrıkəsici qruplarının tibbi nəzarətdən kənar və yüksək dozada qəbulu kəskin mədə qanaxması, qaraciyər toksikliyi və xroniki böyük çatışmazlığı kimi həyati fəsadlara yol açır.  xəbər verir ki, ağrıkəsic

turlar.az

maskalar toy makiyajlari gozel gorunmek şirniyyatlar xəstəliklər adların mənası veten haqda atalar sözləri kosmetika qu quşu məsəllər intim munasibetler gozde olar efsane