İmmuniteti gücləndirən mükəmməl bitki FAYDALARI

İmmuniteti gücləndirən mükəmməl bitki FAYDALARIMövsüm keçidlərində, allergiya vəziyyətlərində, xolesterol və şəkər xəstəlikləri, immunitet sisteminin güclü saxlanmasında və bu kimi digər hallarda məsləhət görülən çörəkotu mükəmməl bir bitkidir. Çörəkotunun faydaları bunlarla bitmir. Bu bitkinin saç və dəriyə qulluq üçün də dəstəkləyici rolu var.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar çörəkotunun tərkibində 100-dən çox birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri nigellon və alpha pinen birləşmələri, Omega-3, Omega-6 yağ turşuları, selenium, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusən immunitet sisteminin qüvvətlənməsində son dərəcə vacib rol oynayır.   
Salatlara əlavə edəcəyiniz yarım çay qaşığı çörəkotu yağı həm dadı artırır, həm də sağlamlığa xidmət edir. Üyüdülmüş çörək otunu qatığa qataraq da yeyə bilərsiniz. Çörəkotu tərkibindəki birləşmələr sayəsində hüceyrələri yeniləyici xüsusiyyəti ilə yanaşı, ana südünü artırmağa da kömək edir. Bunun üçün istər yağ, istər üyüdülmüş formada bala qataraq yeyə bilərsiniz. Şora xüsusi dad vermək üçün qatılan da məhz çörəkotudur. 
Lakin çörəkotu yağı alarkən diqqətli olmaq lazımdır. Bunun üçün aşağıdakıları bilməlisiniz.  
Çörəkotu toxumunun dadı yüngüldür. Dadın acı olması bu yağın keyfiyyətli olması demək deyil. Yağın məhsuldarlığının artırılması üçün sıxma əsnasında istilik əməliyyat tətbiq edilir. Bu da rəngin tündləşməsinə, dadın acılanmasına səbəb olur. Bunu təhlillərdə peroksid miqdarına baxılaraq da anlamaq mümkündür. Halbuki soyuq pres üsulu ilə əldə edilən çörək otu yağında acılıq və boğazı yandırma nisbəti yüngüldür.  Bundan başqa, oksigenlə təmas edən, depolanma şərtləri uyğun olmayan çörək otu yağlarında turşuluq miqdarı və peroksid miqdarı artır. Bu da acı dadda və yağın rəngində artmaya səbəb olur. Yağın rəngi orijinalında soyuq sıxmada açıqdır. Xarakterik çörəkotu qoxusu olur. 
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1530   Tarix: 19 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

adlarin menasi həkim məsləhəti hamiləlik ev dekorasiyası ariqlamaq ucun yasil cay lobya tursusu evim interyer kosmetika səməd vurğun kley lekesi banan toyuq salati vətənə aid atalar sözləri