İmmuniteti möhkəmləndirən 5 ədviyyat

İmmuniteti möhkəmləndirən 5 ədviyyatTəcrübəli evdar xanım hazırladığı yeməklərin daha dadlı və ətirli olması üçün ədviyyatlardan istifadə edilməsini bilir. Ancaq bu hamısı deyil. Bəzi bitkilərin faydalı xüsusiyyətlərinə görə onları müntəzəm lakin az-az miqdarda istifadə etmək lazımdır. Hətta bir çimdik ədviyyat belə immun sisteminin möhkəmlənməsinə kömək edir. İltihabı azaldır, orqanizmi artıq toksinlərdən və şlaklardan təmizləyir. Bəzi növləri isə hətta çəki atmağa yardımçı olur. Biz bu dəfə ədviyyatın bəzi növləri və onların faydaları ilə sizinlə bölüşəcəyik.
1. Oreqano
Bu ədviyyatsız İtalyan mətbəxini təsəvvür etmək mümkün deyil. Lakin, bu ədviyyat təkrarolunmaz dadı olması ilə yanaşı həm də, unikal müalicəvi effektə malikdir.
Faydalı xüsusiyyətləri
- sinir sistemini sakitləşdirir;
- yüksək antibakterial xüsusiyyətə malikdir;
- mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır;
- sidikqovucu və ödqovucu təsir göstərir;
- immuniteti möhkəmləndirir;
- güclü tərlədici, bəlğəmgətirici, bronxit və bronxial astmada güclü təsir göstərir.
Harda istifadə etmək olar:
1. Yumurta qizartmasında;
2. Tərəvəzli şorbalarda;
3. Pizzalarda;
4. Salatlar üçün ədviyyat kimi;
5. Souslarda;
6. İkinci yeməklərdə;
2. Rozmarin
Qədim zamanlarda bu bitki bolluq, rifah və uzunömürlülük rəmzi hesab olunurdu. Hətta indidə bəzi ölkələrdə gənclərə "xoşbəxtlik və firavanlıq" üçün bu bitkinin budağından balaca bir hissə vermək kimi ənənə qalmaqdadır.
Faydalı xüsusiyyətləri:
- stres və əsəb gərginliyi götürməyə yardımçı olur;
- ümumi yorğunluq zamanı orqanizmi tənzimləyir;
- soyuqdəyməni müalicə edir;
- iltihab əleyhinə, antioksidan, antidepresiv, ödqovucu kimi xassələrə malikdir;
Harda istifadə etmək olar:
1. Ət yeməklərində;
2. Balıq yeməklərində;
3. Marinadlarda;
4. Bitki çaylarında.
3. Kəklikotu
Çox faydalı bitkidir. Antioksidant fəaliyyətinə görə E vitamininə bərabərdir.
Faydalı xüsusiyyətləri:
- tərqovucu, iltihab və mikrob əleyhinə təsirə malikdir;
- immuniteti möhkəmləndirir;
- iş görmə fəaliyyətini artırır;
- prostatitin inkişafına mane olur;
- cinsi zəifliyi aradan qaldırır.
Harda istifadə etmək olar:
1. Salatlar;
2. Şorbalar;
3. Qovurma yeməklərdə;
4. Yumurtadan hazırlanan bütün yeməklərdə;
5. Souslarda.
4. Sarıkök
Zəncəfilkimilər ailəsindəndir. Onun faydalarını qiymətsizdir. Son məlumatlara görə, bu ədviyyat xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
Faydalı xüsusiyyətləri:
- orqanizmi təmizləyir;
- həzmə müsbət təsir edir;
- soyuqlamanın qarşısını alır;
- güclü antioksidantdır;
- dərinin vəziyyətini yaxşılaşdırır;
- bədənin müdafiə gücünü bərpa edir;
- arıqlama zamanı istifadə edilir.
Harda istifadə etmək olar:
1. Şorbalar;
2. Raqular;
3. Plovlar;
4. Müxtəlif düyü yeməkləri.
5. Adaçayı
Soyuqdəymə və boğaz ağrısının öhdəsindən gələ bilən mükəmməl ədviyyat.
Faydalı xüsusiyyətləri:
- bağırsaqları təmizləyir;
- toksinləri və şlakları xaric edir;
- çəki atmaq üçün yardımçı olur;
- antioksidant təsirə malikdir;
- immuniteti möhkəmləndirir;
- öskürək və zökəm zamanı kömək edir.
Harda istifadə etmək olar:
1. Ət yeməklərində;
2. Balıq yeməklərində;
3. Souslarda;
4. Şorbalarda;
5. Raqularda
Əgər evinizdə bu kimi ədviyyatlar varsa o zaman orqanizminizi qorumaq üçün onlardan vaz keçməyin!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1292   Tarix: 27 fevral 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur

Reflüks xəstəliyi son illərdə getdikcə daha geniş yayılıb. xəbər verir ki, türkiyəli həkim Mehmet Yalnız bildirib ki, hazırda hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlinir və bu vəziyyət birbaşa həyat tərzi ilə əlaqəlidir

.

Ürəyin işini yaxşılaşdıran 6 QİDA

Ürək sağlamlığını yaxşılaşdırmaq və ürək xəstəliyi riskini azaltmaq düşündüyünüz qədər çətin deyil. Pəhrizinizdə kiçik dəyişikliklər və müəyyən faydalı qidaların istehlakı ürəyinizin qorunmasına kömək edə bilər. xəbər veri

.

Duşda bu 7 səhvi etməyin: Dermatoloq xəbərdarlığı

Gündəlik şəxsi baxımın ən sadə addımı olan duş zamanı edilən bəzi xətalar dəri quruluğu, qıcıqlanma və infeksiya riskini artırır. Mütəxəssislər "az məhsulla sadə rutin" izləməyin ən doğru üsul olduğunu vurğulayırlar

.

Bayramdan qalan bu qidalar TƏHLÜKƏLİDİR

Bayram süfrələrinin bolluğu çox zaman görünməyən təhlükəni də özü ilə gətirir. İlk baxışda "israf olmasın" düşüncəsi ilə saxlanılan yeməklər əslində sağlamlıq üçün ciddi risk mənbəyinə çevrilə bilər. Xüsusilə yumurta

.

Yuxu pozuntularının sağlamlığa təsiri

Yuxu pozuntuları sağlamlığa təsir edir. xəbər verir ki, türkiyəli həkim Muhammed Emin Akkoyunlu deyib ki, xoruldama, səhərlər yorğun oyanmaq və gün ərzində yuxulamaq kimi əlamətlər ciddi xəstəliyin göstəricisi ola bilər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalard

.

Saçların tez yağlanmasının qarşısını necə almaq olar?

Saçların tez yağlanması bir çox insanın qarşılaşdığı problemlərdən biridir və bunun səbəbi əsasən gündəlik qulluq vərdişləri ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, saçların həddindən artıq tez-tez yuyulmas

.

Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski

Qrip və ya soyuqdəymədən sonra yaranan və həftələrlə davam edən öskürək ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. xəbər verir ki, xüsusilə gecə və gündüz tutmalar şəklində gələn, şərbətlər və ya bitki üsulları il

turlar.az

adlarin menasi geymler 2026 gozel gorunmek dolma reseptleri janrlar uz ucun cavanlasdirici maskalar qis geyimleri kosmetika ariqla xanim az vusale elizade sağlamlığın sirleri baldiza aid