İmmuniteti zəif olan uşaq nəinki koronavirusu, hər bir xəstəliyi ağır keçirə bilər

İmmuniteti zəif olan uşaq nəinki koronavirusu, hər bir xəstəliyi ağır keçirə bilərUşaqların yeni növ koronavirusa (COVID-19) yoluxmaq riski böyüklərlə müqayisədə aşağı olsa da, həkimlər valideynləri ehtiyatlı olmağa çağırır. Bəzən valideynlər koronavirusun simptomlarını mövsümi qriplə səhv salır və bu zaman xəstəliyin müalicəsi gecikir, nəticədə isə daha böyük fəsadlar yaranır. Qeyd edək ki, yaşından asılı olmayaraq hər bir uşaq COVID-19 infeksiyasına yoluxa bilər. Uşaqlarda halsızlıq, hərarət və öskürək halları müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Hafizə Məmmədova deyib: "Valideyn virusa yoluxduğu təqdirdə təcrid olunmalı və maska taxmalıdır. Virus yüklənməsi deyilən bir anlayış var, nə qədər çox virus uşağın bədəninə yüklənsə, xəstəlik də o qədər ağır keçəcək. Yaxşı cəhət orasıdır ki, uşaqlar bu xəstəliyi yüngül keçirilər. Lakin bu, heç də bütün uşaqlara şamil edilmir. Əgər uşağın başqa xəstəlikləri varsa, məsələn, yarımçıq doğulubsa, çəki azlığı varsa, bağırsaq problemləri, immunitet zəifliyi, ürək xəstəliyi varsa, infeksiya yoluxduğu halda xəstəliyi ağır keçirə, sətəlcəm qazana bilər".
Həkim-pediatr onu da qeyd edib ki, COVID-19-dan qorunmaq üçün gigiyenik qaydalara mütləq şəkildə riayət edilməlidir. Həmçinin düzgün qidalanma olduqca mühüm şərtdir. Onun dediyinə görə, bəzən və ya bir çox hallarda uşaqlar zərərli qidalara meyil göstərirlər ki, bu da onların mədə-bağırsaq sisteminə mənfi təsir göstərir: "Qəbul edilən qidaların tərkibindəki vitamin, mineral, şəkər, su, lazım olan maddələr, eyni zamanda, dərmanlar bağırsağa sorulur. Hansısa bir uşağın bağırsaq və həzmsizlik problemləri varsa, həmin uşaqda immunitet zəifliyi və çəki azlığı olur. İmmunitet zəifliyi olanda uşaq nəinki koronavirusu, hər bir xəstəliyi ağır keçirə bilər".
Uşaqların immun sisteminin güclənməsi üçün valideynlər onlara bol vitamin və minerallarla zəngin qidalar qəbul etməsini diqqətdə saxlamalıdırlar. Bundan başqa uşaqları çox tünlük, havalandırmanın zəif olduğu qapalı məkanlara aparmaq məsləhət görülmür. Bu cür sadə və vacib qaydalara əməl etməklə uşaqları xəstəlikdən qorumaq mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1301   Tarix: 19 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Geniş istifadə olunan ağrıkəsici qruplarının tibbi nəzarətdən kənar və yüksək dozada qəbulu kəskin mədə qanaxması, qaraciyər toksikliyi və xroniki böyük çatışmazlığı kimi həyati fəsadlara yol açır.  xəbər verir ki, ağrıkəsic

.

Dərmansız iki həftəyə yuxunu yaxşılaşdırmaq mümkün olacaq

Yuxu keyfiyyətini artırmaq üçün yalnız düzgün gündəlik rejimə riayət etmək kifayət etmir; yataq otağının temperaturunun 20-21 dərəcə səviyyəsində saxlanılması da vacib hesab olunur. xəbər verir ki, rusiyalı mütəxəssis Serge

.

Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb

Ultra emal olunmuş qidaların tez-tez istehlakı ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. report-a istinadən xəbər verir ki, çips, kolbasa, şəkərli içkilər, hazır yeməklər və fast food səhə

.

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Göbələk yeməyini ikinci dəfə isidib yemək olmaz.  xəbər verir ki, göbələk isidildikdə zülal quruluşu pozulur: İlk bişirmədə sabitləşən zülal bağları ikinci dəfə qızdırıldıqda parçalanır. Bu dəyişiklik həzm sistemində "ya

.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər.  bu bitki ilə bağlı məlumatları təqdi

.

5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI

Somnoloqlar gündüz saatlarında uyğun olmayan şəraitdə belə qısa müddətli yuxunun sağlamlıq üçün faydalı olduğunu açıqlayıblar. xəbər verir ki, onların sözlərinə görə, güclü yorğunluq zamanı yaranan hər bir istirahət imkanında

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

turlar.az

qadin dunyasi geyim seçimi aksessuarlar morugun faydalari salatların hazırlanması kartof maskasi uz ucun sağlam qida kosmetika laylalar insan itburnu toy gecesı birlik