İmmunitetin zəifləməməsi üçün: Dietoloqdan qidalanma qaydaları

İmmunitetin zəifləməməsi üçün: Dietoloqdan qidalanma qaydaları"Düzgün qidalanma immun sisteminin gücləndirilməsinin və sağlamlığın ən əsas şərtlərindən biridir. İstər Ramazan ayının vacib ibadətlərindən biri olan oruc tutulduğu zaman, istərsə də pandemiya dövründə düzgün və sağlam qidalanma mütləqdir. Orqanizm qısa müddətdə öz immun funksiyasını normal vəziyyətə qaytara bilir. Sağlam qidalanmaq üçün karbohidrat, zülal, yağ, mineral və vitaminlərin düzgün qəbul edilməsi vacibdir. Hər şeydən əvvəl gün ərzində su düzgün içilməlidir".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu dietoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Məlahət Kərimova deyib.
Ramazan ayı ilə adi günlərdə qidalanmanın arasında böyük fərq olduğunu bildirən dietoloq deyib ki, adi günlərdə 3 əsas və 3 ara yeməyi olaraq 6 dəfə qidalanırıq. İstənilən vaxt su, çay, meyvə və ya çərəzlərdən istifadə edirik. Ramazan ayında isə bu qidalanma sistemi 2 dəfə olur: "Bunun üçün Ramazan ayı ərəfəsində 2 həftə və ya 1 ay əvvəlcədən orqanizmimizi hazırlamalıyıq: daha az kalorili qidalara, az duzlu yeməklərə üstünlük verməliyik ki, bu ay daha rahat keçsin.
Ramazan ayında imsaq ilə iftar arasında olan fasilə - 16 saat ərzində aclıq və susuzluq daha çox hiss olunur. Burada düzgün qidalanmaq əsas amillərdən biridir. Immum sistemimizi qorumalı, mədə-bağırsaq sisteminə diqqət etməliyik.
İmsaqda elə qidalar qəbul etməliyik ki, iftara qədər susuzluq çox hiss olunmasın. Buna görə duzsuz yeməklər yeməli, duza qoyulmuş turşulardan istifadə etməməli, yüksək kalorili xəmir yeməklərindən uzaq durmalıyıq. Su və çayın miqdarı yetərincə qəbul edilməlidir. Suyun xurma ilə içilməsi daha düzgündür. Bu da mədə-bağırsaq sistemimizin çalışması üçün əsasdır. Səhər yeməyində duzsuz pendir, soyutma yumurta, pomidor, xiyar, kəsmik, duzsuz şor, xurma və yulaf sıyığı istifadə edilməlidir. İftar süfrəsində 1 su bardağı otaq temperaturunda su içməyimiz ac olan mədəni və həzmi rahat edir.
Daha sonra sulu yeməklərlə qidalanmağa üstünlük verilməlidir. Ağır, daha yüksək kalorili qidaların qəbulu mədə-bağırsaq sistemində həzmi çətinləşdirir. Bişmiş tərəvəzli, ətli yeməklərə, tərəvəz salatlarına üstünlük verilməlidir. Süfrə arxasında sürəkli oturub yemək düzgün deyil. Fasilə verilməli, sonra 1porsiya olaraq müxtəlif meyvələrə, 1 ovuc miqdarında çərəzlərə üstünlük verilməlidir. Belə qidalandıqda, orqanizmə lazım olan miqdarda karbohidrat, zülal, yağ, vitamin və minerallar almıs oluruq. Bu da immum sistemimizin gücləndirilməsinə yardımçı olur.
Bir məqamı da qeyd edim ki, Ramazan ayından fərqli olaraq, adi aylarda gecə vaxtı qidalanmaq düzgün deyil".
Həkim, Ramazan ayında hamilə qadınlara, şəkərli diabet xəstələrinə, ürək-damar xəstələrinə, onkoloji xəstəliyi olan insanlara, cərrahi əməliyyatdan yeni çıxmış xəstələrə oruc tutmaq məsləhət görülmədiyini də vurğulayıb.
Onun sözlərinə görə, karantin dövründə immum sisteminin zəifləməməsi üçün bol maye, bol vitaminli qidalara (meyvə və tərəvəzlərə) üstünlük verilməlidir: "Azərbaycanlılarda, ələlxüsus da yaşlı nəslin nümayəndələrində belə bir fikir formalaşıb ki, hər kəs yaşamaq, güclü olmaq, xəstəliklərdən qorunmaq üçün mütləq xəmir yeməklərindən istifadə etməlidir, çoxlu ət və çörək, şirniyyat yeməlidir. Bu tamamilə səhv fikirdir. Xəmir yeməkləri immun sistemini gücləndirmir, əksinə piylənmə kimi geniş yayılmış xəstəliyə səbəb olur. Ramazan ayında və karantin müddətində xəmir yeməklərindən, şirniyyatdan çox istifadə edilməsi məsləhət deyil. Kəpək unundan bişirilmiş çörəkdən gün ərzində 4-5 dilim istifadə edilə bilər. Əgər mədədə problem varsa, o zaman buğda çörəyindən suxari olaraq istifadə edilməlidir.
Tövsiyəm budur ki, bu müqəddəs ayda oruc tutanlar da, tutmayanlar da düzgün və sağlam qidalansınlar. Yalnız bu halda biz bütün xəstəliklərə, o cümlədən başımızın üstünü qara bulud kimi alan koronavirusa da birlikdə qalib gələ bilərik".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1471   Tarix: 23 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

geyim dəbləri hamiləlik kosmetika mehsullari yay geyim 2026 kabablar yuxuda balqabaq sac düzümləri kosmetika veten haqqinda atalar sozu novruza aid hakisda toyuq salati şebnem tovuzlu ariqlamaq