İNANMAYACAQSINIZ! 700 bal toplamış Vahab görün hansı ixtisası seçib

İNANMAYACAQSINIZ! 700 bal toplamış Vahab görün hansı ixtisası seçibMilli.Az Bakı Ali Neft Məktəbinin Prezident Təqaüdçüsü ilə müsahibəni təqdim edir:

Vahab çox uzatmadan, birbaşa sənə ünvanlayacağımız suallara keçmək istəyirik. İlk olaraq bilmək istərdik ki, Ali məktəblərə qəbul imtahanında 700 bal toplamış Vahab Cəbrayılov kimdir?

Mən Vahab Cəbrayılov 17 fevral 2000-ci ildə İsmayıllıda anadan olmuşam. Orta təhsili İsmayıllının Lahıc qəsəbəsində almışam. 2015-ci il Respublika fənn olimpiadalarında
Riyaziyyat fənnindən bürünc medal qazanmışam. Bu il isə orta məktəbi bitirərkən Təhsil Nazirliyi tərəfindən "Təhsildə nailiyyətlərə görə" qızıl medalına layiq görülmüşəm.

Həyatda fəxr etdiyin ən böyük uğurun nədir?

Həyatımda indiyə kimi qazandığım ən böyük uğur, fikrimcə, Bakı Ali Neft Məktəbinə qəbul olmağımdır.

Ali məktəblərə seçim qarşısında olarkən niyə məhz Bakı Ali Neft Məktəbini seçdin?

Bakı Ali Neft Məktəbini, sadəcə, yüksək bal yığdığıma görə yox, mühəndislik sahəsinə olan böyük marağım və ən əsas da Ali Məktəbin məni əsl mühəndis kimi hazırlaya biləcək yeganə təhsil müəssisəsi olduğunu düşündüyüm üçün seçmişəm. Elə dərslərin ilk günlərindən də hiss etdim ki seçimimdə düzgün qərar vermişəm.

BANM-i bitidikdən sonra özünüzü harada görürsüz və niyə məhz həmin yerdə?

Bakı Ali Neft Məktəbini bitirdikdən sonra özümü ixtisasım üzrə dünyanın top universitetlərindən birində magistr tələbəsi kimi görməyi arzu edirəm və yaxın illərdə bu hədəf üzərində çalışmağı düşünürəm. Daha irəli hədəfim isə ölkəmizin neft və ya digər istehsalat sahələrində ixtisasım üzrə sayılıb seçilən mühəndislərdən biri olmaqdır.

Bir tələbə məqsədinə nail ola bilmək üçün nə etməlidir?

Düşünürəm ki, bir tələbə qarşısına hər hansı bir məqsəd qoyubsa, ilk növbədə onun üzərində daima çalışmalı və dünyada bu sahədə baş verən hər cür inkişafdan xəbərdar olmalıdır. Ən əsası isə yorulmaq bilməməlidir.

Sizi həyatda ən çox motivasiya edən nədir?

Məni ən çox motivasiya edən, ilk növbədə ətrafımda olan insanlara faydalı ola bilmək fikridir. Həm ailəmə, həm dostlarıma və həm də ölkəmə yararlı ola bilmək mənim üçün çox önəmlidir.

Ali məktəblərə qəbul və seçim qarşısında olan tələbələrə məsləhətiniz nə olardı?

Ali məktəblərə qəbul olmaq arzusunda olan gənclərə əsas məsləhətim ondan ibarətdir ki, hansı ixtisası seçmələrindən asılı olmayaraq, özlərini vətənimizə və millətimizə yararlı, xeyirli bir mütəxəssis kimi yetişdirə bilmək üçün daim öz üzərlərində çalışsınlar.
Seçim qarşısında olan tələbəri isə maraq dairələrində olan bir ixtisası hədəf seçib bu istiqamətdə düzgün addım atmağa səsləyirəm. Məsələn, əgər siz əsl mühəndis olmağı arzulayırsınızsa, o zaman ən doğru seçiminiz Bakı Ali Neft Məktəbi olardı.

Vahab bizimlə səmimi müsahibən üçün sənə təşəkkür edir, dərslərində uğurlar arzu edirik.

Xəbərlər     Baxılıb: 7062   Tarix: 08 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

yay kolleksiyasi gozel gorunmek həkim məsləhəti körpə və ona qulluq biserli uzun donlar süni qidalar klyos donlar 2026 kosmetika vətənə aid bayatılar kahfe fali oglan evi burcler xanim.az