İndiki gənclərin bu xüsusiyyətləri yaşlıların xoşuna gəlmir...

İndiki gənclərin bu xüsusiyyətləri yaşlıların xoşuna gəlmir...Gənclərin qüsurlarını aşkarlamaq və aradan qaldırmaq bütün dövrlərdə yaşlıların diqqətində olub. Bütün zamanlarda yaşlı nəslin böyük əksəriyyəti gənclikdən şikayətçi olub. Ya geyim tərzi tənqid olunub, ya da davarınış və ya intellektual səviyyə...

Bəs indiki zamanda gənclərin hansı xüsusiyyətləri yaşlı nəslin xoşuna gəlmir? Modern.az saytı bunu elə gənclərin özündən.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Cavid Mirzəzadə yaşlı nəslin nümayəndələri tərəfindən bəzən tənqid hədəfi olduğunu etiraf etdi:

- "Baku-2015" Avropa oyunlarında, "Formula-1"də könüllü olduğum müddətdə həm evdəkilər, həm də ətrafda yaşlı insanlar məni qınayırdı. Mənə ancaq bunu deyirdilər: "Bu axı nəyə lazımdı? Ondansa kurslara get, dil öyrən", "evdə bir işə yara", "vaxtını boş yerə keçirmə"...
Düzdür, yaşlı nəsilin bəzi qınaqlarını qəbul edirəm, amma bu məsələyə gələndə razılaşmıram. Çünkü biz burada həm əylənirik, həm də dünyagörüşümüz artır. Ümumən könüllülüklə bağlı hər hansı tənqidi qəbul etmirəm. Əksinə bunun bizim üçün daha çox əhəmiyyəti var. Yəni mən belə düşünürəm.

Sorğular Cavid kimi bir çox gəncin belə qınaqlarla qarşılaşdığını göstərdi. Yəni yaşlı nəslin nümayəndələrinin könüllüklə bağlı hər hansı bir tənqidi fikri gənclər tərəfindən birmənalı qarşılanmır.

Bakı Dövlət Universitetinin tələbəsi Sevinc Babazadə: "Yaşlı nəsilin daha çox qızların geyiminə qarışmalarını, birdə "bu qızın ətrafı belədisə, özü gör necədi?" tipli sözlərini eşidirk. Amma bunları qəbul edə bilmirəm. Hə, bir də çalışırlar hər şeyə irad bildirsinlər. Həm yaxşı şeylərə, həm də pis. Məsələn, adi telefondan özdəri də istifadə edirlər, amma yolda cavan oğlan ya da qız telefonla oynayanda bəyənmirlər. Artıq müasir dövrdə məncə bununla barışmalıdırlar".

İqtisad Universitetinin keçmiş məzunu İbrahim Əliyev: "Mən universiteti bitirmişəm, əsgərlikdə də olmuşam. İki ildir iş axtarıram. İşsiz qalmağımıza görə yaşlı nəslin tənqidlərinə tuş gəlirik. Amma düşünürəm ki, mənim kimi yüzlərlə gənc var. Yaşlı nəslin nümayəndələrinin təqaüd yaşı çatsa da, iş yerlərini tərk etmirlər. Bu da cavanların işsiz qalmasına səbəb olur".

Sorğu zamanı gənclərin bir çoxu deyib ki, yaşlı nəslin nümayəndələrindən belə qınaqlar daha çox eşidirlər: siz cavanlar geyim və bəzək aksesuarlarından istifadədə pis nümunə göstərirsiniz; ictimai nəqliyyatda yaşlılara yer vermirsiniz; avtomobil idarə edərkən piyada keçidlərində insanlara yol vermirsiniz; ictimai yerlərdə özünüzü düzgün aparmır, böyük-kiçik dinləmirsiniz...

Xəbərlər     Baxılıb: 1283   Tarix: 04 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ev konservi hazırlamaq istəyənlərə MƏSLƏHƏT

Yay ayları mövsümi meyvə və tərəvəzlərin bol olduğu dövr olduğu üçün evlərdə konservləşdirmə ənənəsi canlanır. Lakin məhsulların uzun müddət saxlanılması üçün görülən bu proses zamanı bəzi vacib qaydalara əməl edilməzsə

.

İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə

Yay aylarında havaların həddindən artıq istiləşməsi insan orqanizminə ciddi təsir göstərir. Həkimlər bildirirlər ki, belə havalarda düzgün qidalanma sağlamlığı qorumaq və istilikdən yaranan narahatlıqların qarşısını alma

.

İlk uğurlu beyin implantı həyata keçirildi

ABŞ-də İlon Maskın rəhbərlik etdiyi Neuralink startapı ilə məşhurlaşan beyin implantı texnologiyasında Çin də ciddi irəliləyiş əldə edib. xəbər verir ki, Çin bu sahədə klinik sınaqları uğurla həyata keçirən ikinci ölkə olub

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Alkoqol istəyini əngəlləyən beyin hüceyrələri tapıldı

Massaçusets Universiteti T. H. Chan Tibb Məktəbinin alimləri kəşf ediblər ki, milyardlarla beyin hüceyrəsindən 500-ə yaxın neyron siçanlarda alkoqol istəyini idarə etməkdən məsuldur. . xəbər verir ki, bu barədə "Natur

.

Saqqal saxlayan kişilər bunları bilməlidirlər

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kişilərin saqqalı bəzi hallarda itlərin tüklərindən belə çox mikrob daşıya bilər. xəbər verir ki, mikrobioloqların apardığı araşdırmalara əsasən, saqqal bölgəsində yüksək rütubə

.

Boşanma prosesinin uşaqlara təsiri - ŞƏRH

Son illər boşanmaların sayı artıb. Artıq mütəxəssislər bununla bağlı müxtəlif fikirlər səsləndirir, çözümlər təklif edirlər. Boşanmalar hər iki tərəflə yanaşı, uşaqlara da ciddi təsirlərini göstərir. -ın məlumatına görə

.

Alimlər yırtıcıların ölümcül virusları yarasalardan insanlara necə ötürdüyünü aşkar etdi

Uqandanın Kraliça Elizabet milli parkında yerləşən bir mağarada, alimlər uzun müddət ərzində Misir meyvəyarasalarının koloniyasını müşahidə ediblər. Onlar müəyyən ediblər ki, müxtəlif yırtıcı heyvan növləri bu mağarada birbaş

.

Beynimiz xəyal ilə gerçəyi belə ayırd edirmiş

Alimlər deyir ki, beynimiz xəyal ilə gerçək görüntünü ayırmaq üçün düşündüyümüz qədər mürəkkəb mexanizmə malik deyil. xəbər verir ki, ABŞ-də aparılan yeni bir araşdırmaya görə beynin bir hissəsindəki aktivlik səviyyəsi

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qaşların formalari toy gecesi sade makiyaj sekilleri geyim dəbləri kicik biznes qurmagin yollari normal yuxu limonun faydasi bayati veten xerçeng google sperma