Arıqlamaq heç də həmişə sevindirmir
Arıq, incə olmaq hər kəsin arzusudur. Ancaq kəskin arıqlama orqanizmin fəaliyyətində psixi pozulmalardan tutmuş sistemli xəstəliklərə qədər müxtəlif fəsadlara səbəb ola bilər.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, əsaslı səbəb olmadan sürətlə arıqlama onkoloji xəstəliklərin də əlamətlərindən biri ola bilər.
"Xərçəng" diaqnozu qoyulan insanların 40 faizində xəstəlik ərəfəsində çəkinin izahedilməz itirilməsi baş verib:
"Onkoloji xəstəliklər zamanı çəkinin kəskin azalması bir çox hallarda insanda iştahanın yox olması ilə əlaqədardır. Bu, xərçəngin digər simptomları - ürəkbulanması və qusma, qəbizlik, ağrılar, qidanın dadının itirilməsi, çeynəmə və udma zamanı çətinliklərlə də bağlı ola bilər.Çəki itirilməsinin daha bir ciddi səbəbi QİÇS-ə yoluxmaqdır. Bu xəstələr qida maddələrinin orqanizmdə lazımi dərəcədə mənimsənilmədiyi ucbatından çəki itirirlər.Bağırsaq iltihabı xəstəlikləri zamanı müntəzəm baş verən ishal halları yeməkdən iyrənməyə səbəb olur. Ümumiyyətlə, arıqlamaq üçün heç bir iş görməyən anidən sürətlə çəki itirməsinə sıradan baxılmamalıdır. Mütləq həkimə müraciət etmək lazımdır".
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Süni tənəffüs aparatına qoşuldu
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü