İnfarkt və insult riskini azaldan məhsul hansıdır?
Böyük Britaniyanın Aberdin Universitetinin alimləri müəyyən ediblər ki, şokolad tromboz riskini azaltmağa kömək edir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqatda müxtəlif cinslərdən olan 42 sağlam könüllü iştirak edib. Onlardan xüsusi olaraq kakao ekstraktı ilə zənginləşdirilmiş bir neçə ədəd tünd şokolad yemək tələb olunub. Daha sonra könüllülər trombositlərin, yəni laxtalanmaya məsul olan elementlərin fəaliyyətini qiymətləndirmək üçün alimlərə qan nümunələrini təqdim ediblər. Məlum olub ki, kişilər qara şokolad yedikdən sonra onlarda daha çox azot oksidi əmələ gəlir. Bu birləşmə qan damarlarını genişləndirir, orqan və toxumalara qan axınını asanlaşdırır.
Alimlər, həmçinin aşkar ediblər ki, tünd şokolad trombositlərin yığılmasının (bir-birinə yapışmasının) və qan damarlarında qan laxtalarının əmələ gəlməsinin qarşısını ala bilir. Bu, infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqatçılar bu faydalı təsirin kakaonun tərkibindəki bitki polifenollarının yüksək olması ilə bağlılığını irəli sürüblər. Bu birləşmələr antioksidant, iltihab əleyhinə və damar gücləndirici təsirlərə malikdir.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu