İnfeksion rinit

İnfeksion rinitİnfeksion rinit virus infeksiyaları tərəfindən törənən xəstəlikdir. Xəstəliyin əmələ gəlməsində orqanizmin müxtəlif faktorları rol oynayır. Yaş, fiziki aktivlik, yaşanan şərait, orqanizmin immuniteti, adaptasiyası, keçirdiyi xəstəliklər bu faktorlara daxildir. İnfeksion rinit xəstəliyinə ən çox azyaşlı uşaqlar yoluxurlar. Xəstəlik ən çox epidemiya şəklində yayılır və məktəb, bağça uşaqlarının demək olar ki, hamısına yoluxur.
İnfeksion rinit xəstəliyi əsasən payız və qış aylarında epidemiya şəklində baş verir. Xəstəliyin 2 forması var:
- kəskin
- xroniki.
İnfeksion rinit xəstəliyinin kəskin fotması burunun selikli qişasının zədələnməsi ilə özünü biruzə verir. Xəstəlik qrip, paraqrip, adenovirus, kəskin-respirator virus xəstəliklərinin əlamətləri kimi özünü biruzə verir.
Xəstəliyin əmələ gəməsində Streptococcus pneumoniae, Streptococcus pyogehes bakteriyaları mühüm rol oynayır. Bu bakteriyaların müxtəlif streotipləri bir-birini əvəz edib xəstəliyin əmələ gəlməsinə səbəb ola bilirlər.
Xəstəliyi törədən mikroblar burun yollarına hava-damcı vasitəsilə yoluxurlar. Burun boşluğuna düşən mikrob burun-boğaz nahiyyəsində də hüceyrə membranına daxil olur və həmin hissənin toxumalarını zədələyir. Zədələnən hissədə qızartı, şikinlik və infiltrat əmələ gəlir.
İnfeksion rinitin baş verməsinə yalnız bakteriyalar deyil, quru isti hava, kimyəvi maddələr (ammonyak, formalin, azot qazı, bəzi turşu məhlulları) də səbəb ola bilir.
Xəstəliyin ilkin əlaməti burun yollarının tutulması və boğazda quruluq hissinin olmasıdır. Qısa müddətdən sonra burun açılır və selik axmağa başlayır. Bu zaman burun və burunətrafı nahiyyədə qızartı və şişkinlik əlamətləri qeyd olunur. İlk günlər burundan axan selik, bir-neçə gün sonra irinli iltihabla əvəz olunur.
Bunlardan başqa xəstədə aşağıdakı əlamətlər özünü biruzə verir:
- əzabverici öskürək
- qızdırma
- halsızlıq
- əzələlərdə ağrı.
Xəstəliyin kəskin dövrü 7-10 gün olur. İnfeksion rinitin xroniki formasına nadir hallarda rast gəlinir.
Xəstəyə yataq rejimi təyin edilir. Çoxlu maye qəbulu məsləhət görülür. Xəstəliyin ağırlaşmasının baş verməməsi üçün həkimə müraciət etmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1160   Tarix: 15 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

kosmetoloq geyim dəbləri qadın geyimi neyrosirkulyator distoniya geyimlər testosteron nədir goz altı qırışlar kosmetika şirin qoğal heyati haxisdalar vətənə aid bayatı toyuq salati