İnsan dərisindəki bakteriyadan krem hazırlandı

İnsan dərisindəki bakteriyadan krem hazırlandıStanford Universitetinin alimləri tetanus və difteriya kimi təhlükəli xəstəliklərdən qoruya bilən krem yaradıblar. Araşdırmalar zamanı məlum olub ki, insan dərisində yaşayan zərərsiz bakteriyalar güclü immun cavab yarada bilirlər. Krem onun zülalını dəyişdirməklə əldə olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.
Bildirilir ki, insan dərisi mürəkkəb mühitdir və burada yalnız az sayda mikroorqanizm yaşaya bilir. Lakin onların arasında əksər insanların tük follikullarında yaşayan "Staphylococcus epidermidis" bakteriyası var. Bu bakteriya uzun müddət immunoloqların diqqətini cəlb etməyib, çünki onun insan sağlamlığına əhəmiyyətli təsir göstərmədiyi düşünülürdü.
Bununla belə, yeni tədqiqat göstərib ki, immun sistem "S.epidermidis"ə gözləniləndən daha aktiv reaksiya verir. Alimlər aşkar ediblər ki, bakteriya infeksiyadan orqanizmi effektiv şəkildə qoruya bilən anticisimlərin yaranmasına səbəb olur.
Siçanlar üzərində aparılan təcrübələr zamanı alimlər sübut ediblər ki, "S.epidermidis"in dəriyə çəkilməsi ənənəvi peyvəndlə müqayisə edilə bilən konsentrasiyalarda anticisimlərin yaranmasına səbəb olur. Bakteriyanın quruluşunu öyrənərək, onlar yeni peyvəndin əsasını təşkil edən "Aap" zülalını ayırıblar. Modifikasiya edilmiş bakteriya tetanus və difteriya toksinlərindən qorunmada yüksək effektivlik nümayiş etdirib.
Yeni metodun xüsusiyyəti iltihabın və yan təsirlərin olmamasıdır.
Növbəti iki-üç il ərzində alimlər insanlar üzərində klinik sınaqlar keçirməyi planlaşdırırlar. Gözlənilir ki, bu yanaşma viruslar, bakteriyalar, göbələklər və birhüceyrəli parazitlər daxil olmaqla müxtəlif infeksiyalarla mübarizədə tətbiq edilə bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1050   Tarix: 19 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

turlar.az

geyim şəkilləri kosmetik vasiteler qaşların formalari yay kombinleri 2026 yuxuyozma xallarin menasi göyəm mürəbbəsinin resepti kosmetika tut ağacı tutdudu novruz bayrami pomidor narin faydasi novruza aid hakista