İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd olunan orqanların damarlarının divarlarında yığılmış yağların tərkibindəki "pis" serum xolesterinin həddindən artıq qəbulu ilə bağlıdır".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Təhsil Universitetinin fiziologiya, insan ekologiyası və biotibbi biliklər kafedrasının dosenti Aleksandr Sozıkin məlumat verib.
Onun sözlərinə görə, xolestrol səviyyəsini azaldan ən yaxşı vasitə hər gün qoz-fındıq istehlak etməkdir.
"Daimi və uzunmüddətli (bir ildən iki ilədək) gündəlik qoz-fındıq istehlakı qanda xolesterinin səviyyəsinin azalmasına səbəb olur. Birincisi, qoz-fındıqda olan qida lifi bağırsaqların "pis" yağları mənimsəməsinin, udulmasının qarşısını alır. İkincisi, beyinə toxluq hissi ötürür, həddindən artıq yeməyin qarşısını alır. Bundan əlavə, "yaxşı" yağlar və "Omeqa-3" yağ turşuları "yaxşı" xolesterinin səviyyəsini artırır", - deyə mütəxəssis bildirib.
O, bu nəticənin bütün növ çərəzlər üçün keçərli olduğunu bildirib:
"Bazarda mövcud olan bütün çərəzlər (qoz, fındıq, keşyu, pekan, Braziliya qozu və sairə) düzgün və rasional qidalanma ilə xolesterolu azaltmağa kömək edir. Ancaq onları az miqdarda və müntəzəm olaraq yemək lazımdır".
Mütəxəssis donuz əti, yağ, yumurta sarısı və südün məhdudlaşdırılmasının, həmçinin balıq, zeytun yağı, qoz-fındıqdan sağlam yağların müntəzəm istehlakının xolesterol səviyyəsini azaltmağa kömək etdiyini vurğulayıb.
Milli.Az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin