İnsan orqanizmi və onun bizə verdiyi siqnallar

İnsan orqanizmi və onun bizə verdiyi siqnallarHəkimlər orqanizmdə baş verən hadisələrin birdən-birə meydana çıxmadığını söyləyirlər. Onlar bizdə olan hər bir əlamətin sağlamlıqla əlaqəsi olan hansısa bir problemdən xəbər verdiyini qeyd edirlər. Az sayda adamlar vardır ki, davamlı olaraq tibbi müayinədən keçir. Amma bəzi siqnallar vardır ki, orqanizm onları bizə ötürərək hansı patologiyanın baş verə bilməsindən xəbər verir.
Dodaqların çatlaması
Dodaqların çatlaması və ağız boşluğunun kənarlarında əzələ tonusunun aşağı düşməsi, diqqət dağınıqlığı ilə problemlərin meydana çıxması, saçların tökülməsi orqanizmdə B2 (riboflovin) vitamininin çatışmazlığını göstərir. Tarazlığın saxlanılması pozulmaları meydana çıxan zaman süd məhsullarından istifadə etmək, araxis, ərik, soya, armud, tomat və rəngli kələmlə qidalanmaq lazımdır. Dildə ağ ərpin olması bu uzun müddət ac qalmanın və ya soyuqlamanın əlamətidir. Dildə olan ağ ərpin kənarları qırmızı xəttlə hüdüdlanıbsa, bu qastrit xəstəliyinin əlamətidir.
Dildə ağ-boz ləkənin olması
Bu mədə-bağırsaq pozulmalarının əlaməti kimi qeyd edilir. Bu əlamətlərlə yanaşı dildə və dodaqlarda şişkinlik də meydana çıxarsa deməli orqanizmdə dəmir çatışmazlığı var. Bu zaman təcili olaraq tədbir görmək lazımdır. Kofe və tünd çay, cəfəri, qaraciyər, göbələk, balıq məhsulları, alma və sitrus meyvələrindən istifadə etmək lazımdır.
Ağızda quruluq
Normada stress zamanı ağızda quruluq hissi meydana çıxa bilir. Uzun müddət ağızda quruluq hissinin olması və dilin qıcıqlanması B3(nikotin turşusu) vitamininin çatışmazlığını bildirir. Bu vitamin ən çox quş ətində, qozda, mal ətində və buğda məhsullarında olur. Ağızda quruluğun olması tüpürcək vəzinin iltihabi xəstəlikləri zamanı da meydana gələ bilir. Uzun müddət ağızda quruluğun olması şəkərli diabet xəstəliyinin əlaməti kimi qeyd edilir.
Ağızın iylənməsi
Əgər ağızın iylənməsi axşam yeməyini gec və çox yeməklə və ya dişlərin yuyulmaması ilə əlaqədardırsa, səbəbi aradan qaldrımaqla qoxunu yox etmək mümkündür. Şəkərli diabet zamanı isə ağızdan ammonyak iyi gəlir. Bu qanda şəkərin miqdarının artması ilə əlaqədardır. Xroniki bronxit zamanı da xəstələrin ağzından xüsusi çirk qoxusu gələ bilir.
Dəridə quruluq
Dəridə quruluğun olması B2 və A vitamini çatışmazlığının əlamətidir. Bu vitaminlərlə zəngin olan qidalarla qidalanmaq dəri quruluğunun aradan qalxmasına səbəb olur. Dəridə quruluq hissi ilə yanaşı güclü qaşınma da olarsa həkimə müraciət etmək lazımdır. Bu ciddi dəri xəstəliyinin(göbələk) əlaməti ola bilər. Dəridə göy ləkələrin olması dəriyə toxunan zaman əmələ gələrsə, bu qanın laxtalanma qabiliyyətində və ya qaraciyərdə problemlərin olmasının göstəricisidir. Bu zaman mütləq qan analizləri vermək və həkimə müraciət etmək lazımdır.
Kiprik diblərinin iltihablaşması, dərinin solması və soyuq olması böyrək xəstəliklərinin əlamətidir.
Sidiyin tünd olması
Bu yüksək temperaturun, təhlükəli böyrək və qaraciyər xəstəliklərinin əlaməti kimi qeyd edilir.
Burundan tez-tez qanaxma
Davamlı olaraq burun qanaması arterial təzyiqin olmasının göstəricisidir. Bu təsdiq edilərsə, o zaman mütləq müalicə almaq lazımdır. Əgər təzyiq normaldırsa, o zaman burundaxili patologiyalar və ya K vitamini çatışmazlığı var. K vitamini çatışmazlığı öz təsdiqini taparsa, o zaman çoxlu miqdarda ispanaq və gicirtkən şorbası içmək lazımdır.
Çoxlu tərləmə
Bu qalxanabənzər vəzi xəstəliklərinin əlaməti kimi meydana çıxır. Çoxlu tərləmək ağciyər xəstəlikləri və sinir sistemi xəstəlikləri zamanı da meydana çıxa bilir.
Yaraların gec sağalması
Bu sizdə sinkin miqdarının az olmasının göstəricisidir. Çoxlu miqdarda dəniz məhsulları və dənli bitkilər yemək lazımdır.
Dırnaqlarda ləkənin olması
Bu dırnağın böyümə zamanı müəyyən hissəsinin zədələnməsidir. Bir-neçə ləkənin olması isə xroniki stressin və avitaminozun əlaməti kimi qeyd edilir. Dırnaqlarda uzunsov çöçəkliklərin olduğu zamanı isə mədəaltı vəzini mütləq yoxlatdırmaq lazımdır.
Gözün sklerasının rəngi
Gözdə və göz ətrafında tünd rəngli dərinin olması
Gözün sklerasının qırmızı olması arterial təzyiqin artmasının göstəricisidir. Skleranın sarı olması qaraciyər xəstəliklərinin(sarılığın), qanda bilirubinin artmasının göstəricisidir. Gözətrafı nahiyənin rənginin göy olması isə yorğunluq və yuxusuzluqdan meydana çıxa bilir. Bu əlamətlərin meydana çıxdığı zamanlarda həkimlər xəstələrin mütləq müayinə olunmasını tələb edirlər. Gözətrafı nahiyənin göyərməsi ürəkdə patologiyanın olmasının da əlaməti kimi meydana çıxa bilir. Buna görə də ürək həkminə də müraciət etmək lazımdır. Gözaltı torbaların tünd rəngdə olduğu zamanlarda heç bir patologiya meydana çıxmadıqda isə bu torbalarda xilas olmaq mümkündür. Bunun üçün isə kosmetoloqa müraciət etmək lazımdır. Bəzi kosmetoloqlar babasil mazlarından istifadə etməklə gözaltı torbalardan xilas olmanın yolunu tapıb. Belə ki, babasil mazları damarların güclü yığılmasına səbəb olur. Bu da gözaltı torbaların qısa zamanda çəkilməsinə gətirib çıxarır. Bunun üçün gözün ətrafına bu mazdan az miqdarda çəkmək lazımdır. Başqa bir üsulla da gözaltı torbalardan xilas olmaq mümkündür. Bu isə massajdır. Hər səhər 5 dəqiqə dəri altına zəif təzyiq etməklə dairəvi massaj bu torbalardaın çəkilməsinə səbəb ola bilir. Gözaltı tünd rəngli torbalar limfa vəzilərində durğunluğun olmasının da göstəricisi ola bilir. Bunun səbəbini araşdırmaq üçün isə mütləq həkimlə məsləhətləşmək lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1181   Tarix: 14 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

sac duzumleri hamilelikde qidalanma makiyaj instagram pamidor maskasi geyim kombinasiyalari maraqli hind filmleri uşaqlar üçün kosmetika novruz bayrami haxisdalar əqrəb qızlıq pərdəsi brusell bakteriyası